Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

ELAN

Hörmətli  həmkarlar ! 25.09.2024-ci il tarixində saat 11.00-da Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Akt zalında 27 sentyabr-“Anım Günü “ ilə əlaqədar tədbir keçiriləcək.Tədbirdə hərbi ekspert Telman Qasımov iştirak edəcək. Tədbir institutun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə keçiriləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 20 sentyabr 2024-cü il tarixli iclasında saat 14:00-da Aygün İsvahan qızı Ağamalıyevanın “Populyasiyanın dinamikasının optimal idarə olunması məsələsində optimallıq şərtləri” mövzusunda 1214.01-Dinamik sistemlər və […]

ELAN

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu aşağıdakı vəzifələri tutmaq üçün 13 sentyabr 2024-cü il tarixində AMEA-nın “Elm” qəzetində müsabiqə elanı dərc edilmişdir: “Funksional analiz” şöbəsi üzrə Şöbə müdiri -1 ştat vahidi Böyük elmi işçi -3 ştat vahidi “Riyazi analiz” şöbəsi üzrə Böyük elmi işçi -2 ştat vahidi “Funksiyalar nəzəriyyəsi” şöbəsi üzrə […]

ELAN

19.09.2024-cü il saat 11:00-da “Optimal idarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun dissertantı Günay Qəfil qızı İsmayılova “Bəzi tərs sərhəd məsələlərin həllinə optimallaşdırma üsullarının tətbiqi” mövzusunda məruzə edəcəkdir. Məruzədə ikitərtibli hiperbolik və elliptik tənliklər üçün bəzi tərs sərhəd məsələlərinin optimal idarəetmə məsələlərinə gətirilməsi və onların optimal idarəetmə nəzəriyyəsinin üsullarının köməyilə tədqiq olunması […]

ELAN

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Elmi şura və Dissertasiya şurasının üzvləri 18 sentyabr 2024-cü il tarixində saat 10 00-da İnstitutunun akt zalında olmanız vacibdir. Elmi katib   © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

18 sentyabr 2024-cü il saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun seminarında akademik Yusif Məmmədov “Adi diferensial operatorların spektral nəzəriyyəsinin bəzi klassik problemləri” mövzusunda məruzə edəcək. Məruzədə Birkhoff-Tamarkin nəzəriyyəsinin bəzi həll olunmamış problemləri və onların öyrənilməsi zamanı yaranan əsas çətinliklər müzakirə olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

Faydalı linklər