Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-Harminik Analiz” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Toğrul Rafael oğlu Muradov 29 oktyabr 2013-cü il tarixində Pedaqoji Təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

E L A N

30 oktyabr 2013-cü il saat 10.00-da ümuminstitut seminarında BDU-nun professoru M.A. Sadıqovun “Hamar olmayan riyazi proqramlaşdırma məsələsinin həllinin optimallığı üçün yüksək tərtibli zəruri və kafi şərtlər” mövzusunda məruzəsi olacaqdır. İşdə metrik fəzada φ – (α , β , ν , δ) və güclü φ – (α , β , ν , δ) lipşis funksiyalar sinfi verilmiş və […]

E L A N

Valeh Hilal oğlu Hacıyevin “HİLBERT FƏZASINDA QAUSS  ÖLÇÜLƏRİNİN ANALİZİ” dissertasiyanın müdafiəsi 25 oktyabr 2013-cü il saat 14:00-da Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq ücün B/D 01.111 birdəfəlik dissertasiya şurasının iclasında keçirilmişdir.

E L A N

23.10.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin əməkdaşı f-r.e.d. Fərman İmran oğlu Məmmədov “Cırlaşan qeyri-xətti tənliklər üçün aradan qaldırıla bilən məxsusiyyət məsələləri”mövzusunda məruzə edəcəkdir. Məruzədə baş hissəsi cırlaşan p-Laplasian şəklində ümumi operator olan yarımxətti tənliklər üçün bir nöqtənin aradan qaldırıla bilən nöqtə olması üçün kafilik teoremindən və cırlaşan tənliklər üçün Karleson tipli […]

E L A N

02.10.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin əməkdaşı f-r.e.d, prof. Musa Xanlar oğlu İlyasov “Üçlaylı halqanın yükgötürmə qabiliyyəti” mövzusunda məruzə edəcəkdir. Liflərlə möhkəmləndililmiş üçlaylı kompozit halqavarı lövhənin yükgötürmə məsələsi həll edilmiş, ümumiləşmiş statik qüvvələr sahəsi tapılmışdır. Assosiativ axma qanunundan istifadə edərək lövhənin əyinti sürətləri sahəsi təyin edilir.

E L A N

25.09.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin əməkdaşı r.e.d. B.Ə. Əliyev “II tərtib elliptik tip diferensial operator tənlik üçün bəzi sərhəd məsələləri” mövzusunda məruzə edəcəkdir. II tərtib elliptik tip diferensial operator tənlik üçün Redje məsələsinin həll olunması öyrənilir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    831822

  • Sağalan

    821461

  • Yeni yoluxan

    0

  • Aktiv xəstə

    88

  • Ölüm halı

    10273

  • Test edilib

    7,619,511

Faydalı linklər