
21/10/2013
23.10.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin əməkdaşı f-r.e.d. Fərman İmran oğlu Məmmədov “Cırlaşan qeyri-xətti tənliklər üçün aradan qaldırıla bilən məxsusiyyət məsələləri”mövzusunda məruzə edəcəkdir. Məruzədə baş hissəsi cırlaşan p-Laplasian şəklində ümumi operator olan yarımxətti tənliklər üçün bir nöqtənin aradan qaldırıla bilən nöqtə olması üçün kafilik teoremindən və cırlaşan tənliklər üçün Karleson tipli […]
01/10/2013
02.10.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin əməkdaşı f-r.e.d, prof. Musa Xanlar oğlu İlyasov “Üçlaylı halqanın yükgötürmə qabiliyyəti” mövzusunda məruzə edəcəkdir. Liflərlə möhkəmləndililmiş üçlaylı kompozit halqavarı lövhənin yükgötürmə məsələsi həll edilmiş, ümumiləşmiş statik qüvvələr sahəsi tapılmışdır. Assosiativ axma qanunundan istifadə edərək lövhənin əyinti sürətləri sahəsi təyin edilir.
24/09/2013
25.09.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin əməkdaşı r.e.d. B.Ə. Əliyev “II tərtib elliptik tip diferensial operator tənlik üçün bəzi sərhəd məsələləri” mövzusunda məruzə edəcəkdir. II tərtib elliptik tip diferensial operator tənlik üçün Redje məsələsinin həll olunması öyrənilir.
17/09/2013
18.09.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında Avropa Elmlər Akademiyası və Latviya Elmlər Akademiyasının akademiki, “Kompozit materiallar mexanikası” jurnalının baş redaktoru Vitaut Petroviç Tamyjsun (Riqa ş.) “Kompozit materiallar: keçmişdə, indi, gələcəkdə” mövzusunda məruzəsi olacaqdır.