Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

09.04.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin müdiri, f.r.e.d., prof. Vaqif Sabir oğlu Quliyev “Lokal və qlobal Morri tipli fəzalarda klassik inteqral operatorların məhdudluğu və müəyyən tətbiqləri” mövzusunda məruzə edəcəkdir. Məruzə lokal və qlobal Morri tipli fəzalarda həqiqi analizin inteqral operatorlarının, o cümlədən, maksimal kəsr-maksimal operatorların, potensial tipli inteqral operatorların və Kalderon-Ziqmund sinqulyar inteqral […]

E L A N

02.04.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında BDU-nun “Riyazi analiz” kafedrasının əməkdaşı,  f-r.e.n.      dos. Rəşid Əvəzağa oğlu Əliyev “Ümumiləşmiş inteqrallar və sonlu ölçünün Koşi tipli inteqralının sərhəd qiymətləri”  mövzusunda məruzə edəcəkdir. Məruzə Lyapunov əyrisi ilə hüdudlanmış oblastlarda sonlu kompleks ölçünün Koşi tipli inteqralının öz sərhəd qiymətləri vasitəsilə ifadə olunması məsələlərinə həsr olunub. Məlumdur ki, mütləq kəsilməz ölçü […]

E L A N

19.03.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, f-r.e.d, prof. Bilal Telman oğlu Bilalov “Statistik yığılmanın ümumiləşmələri haqqında” mövzusunda məruzə edəcək-dir. Statistik yığılma ideyası ilk dəfə A.Ziqmundun məşhur monoqrafiyasında “almost convergence” adı altında daxil edilmişdir. Statistik yığılma anlayışı isə Fast və  Şteynqauz tərəfindən verilmişdir.  Sonralar bu anlayış müxtəlif istiqamətlərdə ümumiləşdirilmişdir. Statistik yığılma riyaziyyatın […]

E L A N

12.03.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin əməkdaşı          f-r.e.d.  Nazilə Bilal qızı Rəsulova  “Lövhələrdə ulduz şəkilli “radial” çatların yayılması ” mövzusunda  məruzə edəcəkdir. Məruzə hərtərəfli dartılmaya məruz qalmış nazik lövhələrdə və ya membranlarda ulduz şəkilli radial çatların yayılması hadisəsinin tədqiqinə həsr olunur. Fərz olunur ki, sayı ixtiyari  n  olan çatlar koordinat mərkəzi ətrafında […]

E L A N

7 mart 2014-cü il tarixində saat 14:00-da AMEA Riyaizyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün B/D 01.111 birdəfəlik dissertasiya şurasının iclasında Eminağa Mirzağa oğlu Məmmədovun “Nəsirəddin Tusinin əsərlərində riyazi anlayışların mahiyyəti və məntiqi aspektləri” mövzusunda 1205.01-Riyazi məntiq və ədədlər nəzəriyyəsi və D 01.111 dissertasiya şurasının iclasında […]

E L A N

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda institutun yaranmasının 55 illik yubileyinə həsr olunacaq “Riyaziyyat və Mexanikanın aktual problemləri” mözusunda Beynəlxalq Konfrans 15-16 may 2014-cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək. Konfransda iştirak etmək istəyənlərdən məruzə ediləcək işin tezisini 2014-cü il aprelin 15-dək [email protected] elektron poçtuna göndərmələri xahiş olunur. Parametrlər: 1-3 səh, Microsoft Word, Times New Roman, şrift-14, […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər