28/01/2016
29.01.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarında şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov “Gegenbauer operatorunun doğurduğu Riss potensialı üçün Hardi-Littlvud-Sobolev teoremi” mövzusunda məruzə edəcəkdir. Məruzədə Qeqenbauer maksimal funksiyası üçün Lp,λ -məhdudluğundan və həmçinin Lp,λ fəzasında Riss potensialı üçün Hardi-Littlvvud-Sobolev teoreminin isbatından danışılacaqdır. © Bütün hüquqlar qorunur. […]
Bu gün Ümuminstitut seminarında “Optimal İdarəetmə” şöbəsinin böyük elmi işçisi, riyaziyyat elmləri doktoru Y.S.Qasımov “Oblasta nəzərən bir tərs məsələ haqqında” mövzusunda məruzə edib. Məruzədə Şredinger operatoru üçün qoyulmuş bir tərs məsələyə baxılır. Baxılan məsələnin spesifikası ənənəvi tərs məsələlərdən onunla fərqlənir ki, burada axtarılan obyekt potensial, əmsal və ya sərhəd şərtləri deyil, operatorun verilmə oblastıdır. Belə məsələlərin […]
27.01.2016-ci il saat 10:00-da Ümuminstitut seminarında “Optimal İdarəetmə” şöbəsinin böyük elmi işçisi, riyaziyyat elmləri doktoru Y.S.Qasımov “Oblasta nəzərən bir tərs məsələ haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə Şredinger operatoru üçün qoyulmuş bir tərs məsələyə baxılır. Baxılan məsələnin spesifikası ənənəvi tərs məsələlərdən onunla fərqlənir ki, burada axtarılan obyekt potensial, əmsal və ya sərhəd şərtləri deyil, operatorun verilmə […]
Bu gün saat 11:00-da “Optimal idarəetmə” şöbəsinin ilk seminarı keçirilib. Seminarda şöbənin professoru Telman Məlikov “Diskret sistemlərlə təsvir olunan proseslərin idarə olunması” mövzusunda məruzə edib. Məruzədə birinci və ikinci tərtib bəzi zəruri şərtlərin alınması şərh olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
Bu gün ümuminstitut seminarında BDU-nun “Cəbr və həndəsə” kafedrasının dosenti Bayramov Sədi Andəm oğlu “Soft topoloji fəzalar kateqoriyasında sinqulyar homoloji nəzəriyyə” mövzusunda məruzə edib. Məruzədə Soft topoloji fəzalar kateqoriyasında sinqulyar homoloji qruplar daxil edilmiş və bu qruplar üçün homoloji nəzəriyyənin aksiomlarının ödənilməsi isbatlanmışdır. Homotopik invariantlıq kəsmə və ölçü haqqında teoremlər isbatlanmış, dəqiq homoloji ardıcıllığı qurulmuşdur. […]
13.01.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında BDU-nun “Cəbr və həndəsə” kafedrasının dosenti Bayramov Sədi Andəm oğlu “Soft topoloji fəzalar kateqoriyasında sinqulyar homoloji nəzəriyyə” mövzusunda məruzə edəcəkdir. Məruzədə Soft topoloji fəzalar kateqoriyasında sinqulyar homoloji qruplar daxil edilmiş və bu qruplar üçün homoloji nəzəriyyənin aksiomlarının ödənilməsi isbatlanmışdır. Homotopik invariantlıq kəsmə və ölçü haqqında teoremlər isbatlanmış, dəqiq homoloji […]