Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

02.10.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin əməkdaşı f-r.e.d, prof. Musa Xanlar oğlu İlyasov “Üçlaylı halqanın yükgötürmə qabiliyyəti” mövzusunda məruzə edəcəkdir. Liflərlə möhkəmləndililmiş üçlaylı kompozit halqavarı lövhənin yükgötürmə məsələsi həll edilmiş, ümumiləşmiş statik qüvvələr sahəsi tapılmışdır. Assosiativ axma qanunundan istifadə edərək lövhənin əyinti sürətləri sahəsi təyin edilir.

E L A N

25.09.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin əməkdaşı r.e.d. B.Ə. Əliyev “II tərtib elliptik tip diferensial operator tənlik üçün bəzi sərhəd məsələləri” mövzusunda məruzə edəcəkdir. II tərtib elliptik tip diferensial operator tənlik üçün Redje məsələsinin həll olunması öyrənilir.

E L A N

18.09.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında Avropa Elmlər Akademiyası və Latviya Elmlər Akademiyasının akademiki, “Kompozit materiallar mexanikası” jurnalının baş redaktoru Vitaut Petroviç Tamyjsun (Riqa ş.) “Kompozit materiallar: keçmişdə, indi, gələcəkdə” mövzusunda məruzəsi olacaqdır.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər