20.11.2015 tarixində “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarında şöbənin dissertantı Orucova Aygün “Ümumiləşmiş Besov-Morri tipli fəzalarda daxilolma teoremləri” mövzusunda məruzə etmişdir. Məruzədə Ümumiləşmiş Besov-Morri tipli fəzalara baxılmış və çevik buynuz şərtini ödəyən n ölçülü oblastlarda təyin olunmuş funksiyalar üçün inteqral göstərilişi üsulu ilə bu fəzadan olan funksiyaların diferensial və diferensial-fərq […]
25.11.2015-ci il tarixində “Diferensial tənliklər” şöbəsinin seminarında aparıcı elmi işçi, r.f.d. Rafiq Teymurov “Bir sinif parabolik tip tənlik üçün hərəkət edən mənbələrin optimal idarə edilməsi məsələsinin həlli” mövzusunda məruzə edəcəkdir. Məruzədə vəziyyəti parabolik tip tənliklə və adi diferensial tənliklər sistemi ilə təsvir olunan idarəetmə sistemlərində istilik mənbələrinin optimal idarə edilməsi məsələsinə baxılır. Optimal idarəetmə məsələsinin həllinin varlığı […]
Bu gün Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin böy. elmi işçisi f.r.e.n. dos. M.B. Rəsulov “Çоxölçülü riyazi-fizika məsələlərinin yeni həll üsülu” mövzusunda məruzə edib. Məruzədə əsas etibari ilə coxölçülü riyazi-fizika məsələlərində bircins həllər sinfi araşdırılır. İş müəllifin vaxtilə ikiölçülü dalğa tənlikləri üçün almış olduğu yeni (-1) tərtibli bircins, fundamental həllin tətbiqinə həsr olunur. Bu həllin xassələri, […]
18.11.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin böy. elmi işçisi f.r.e.n. dos. M.B. Rəsulov “Çоxölçülü riyazi-fizika məsələlərinin yeni həll üsülu” mövzusunda məruzə edəcəkdir. Məruzədə əsas etibari ilə coxölçülü riyazi-fizika məsələlərində bircins həllər sinfi araşdırılır. İş müəllifin vaxtilə ikiölçülü dalğa tənlikləri üçün almış olduğu yeni (-1) tərtibli bircins, fundamental həllin tətbiqinə həsr olunur. Bu […]
Bu gün Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Aqil Xanməmmədov “Bəzi qeyri-xətti tənliklərin tərs spektral məsələ metodu ilə inteqrallanması” mövzusunda məruzə edib. Məruzədə sonsuz Toda zənciri və Volter zənciri üçün müxtəlif siniflərdə Koşi məsələsinə baxılıb. Müəyyən siniflərdə qlobal həllərin varlığı isbat olunur. Tərs spektral məsələ metodu ilə həllərin tapılması alqoritmi verilir.
11.11.2015-ci il saat 10.00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Aqil Xanməmmədov “Bəzi qeyri-xətti tənliklərin tərs spektral məsələ metodu ilə inteqrallanması” mövzusunda məruzə edəcəkdir. Məruzədə sonsuz Toda zənciri və Volter zənciri üçün müxtəlif siniflərdə Koşi məsələsinə baxılır. Müəyyən siniflərdə qlobal həllərin varlığı isbat olunur. Tərs spektral məsələ metodu ilə həllərin tapılması […]