13/05/2024
15.05.2024-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Maye və qaz mexanikası” şöbəsinin baş elmi işçisi, t.e.n. Eldar Mehdi oğlu Abbasov “Neftqazçıxarma proseslərində heterogen mayelərinin tətbiqinin reokinetik əsaslarının işlənməsi” mövzusunda məruzə edəcəkdir. Məruzədə, heterogen sistemlərin axınlarında və laydaxili qaz əmələgəlmələrdə reokinetik xüsusiyyətlər, sıxışdırma və suffoziya prosesləri üçün effektiv innovativ sənaye texnologiyalarının tədqiq nəticələri təqdim olunacaq. Laydaxili […]
09/05/2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 17 may 2024-cü il tarixli iclasında saat 1400-da Yuliya Qabil qızı Abbasovanın “Üçüncü tərtib matris əmsallı diferensial operatorun məxsusi və qoşulmuş funksiyalar sisteminin spektral […]
06/05/2024
08.05.2024-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d., prof. Vüqar Elman oğlu İsmayılov “Ridge funksiyaların approksimasiya nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda çıxış edəcəkdir. Ridge funksiyalar elmin müxtəlif sahələrində vacib rol oynayır. Məsələn, onlar xüsusi törəməli diferensial tənlikər nəzəriyyəsində, kompüter tomoqrafiyasında, statistikada geniş istifadə edilir. Ridge funksiyalar həmçinin bir sıra neyron şəbəkə modellərinin […]
29/04/2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 03 may 2024-cü il tarixli iclasında saat 14:00-da Leyla Vidadi qızı Nəsirovanın “Bəzi qeyri-ətti məxsusi qiymət məsələlərinin həllərinin birtərəfli qlobal bifurkasiyası” mövzusunda 1202.01-Analiz və […]
23/04/2024
Bir may 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika institutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda tanınmış alim, Avstraliya Federasiya Universitetinin professoru Adil Bağırov “Rəqəmsal optimallaşdırma və onun tətbiqləri üçün dəstə üsulları” mövzusunda məruzə edəcəkdir. Məruzədə, məqsəd funksiyalarının iki qabarıq funksiyanın fərqi şəklində göstərildiyi qeyri-məhdud optimallaşdırma məsələlərinə baxılır. Dəstə […]
23/04/2024
01 may 2024-ci il tarixində saat 11:00-da İnstitutun Akt zalında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri dos. İradə Mirzəzadənin təşkilatçılığı ilə əməyin mühafizəsi və sağlamlığı ilə bağlı tədbir keçiriləcək. Tədbirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı f.r.e.n. Fuad Hümbətov “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığına təsiri” […]