21/02/2024
28 fevral 2024-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, f.-r.e.n., dosent Niyazi Ələddin oğlu İlyasov “Lp(T) fəzalarında periodik funksiyaların approksimasiya nəzəriyyəsinin bəzi bərabərsizliklərinin eynigüclülüyü haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə bir əsas qiymətləndirmədən istifadə edərək 2-periodik funksiyaların approksimasiya nəzəriyyəsinin müxtəlif məlum bərabərsizliklərinin (düz və tərs teoremlər) doğruluğunu və eynigüclülüyünü göstərməyə […]
21/02/2024
Hörmətli həmkarlar! 28 fevral 2024-ci il tarixində saat 15:00-da Institutun Akt zalında ETN Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri dosent İradə Mirzəzadənin hesabat seçki iclası keçiriləcək.Əməkdaşların iştirakı mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
19/02/2024
Riyaziyyat və Mexanika İnstitutu ED 1.04 Dissertasiya şurasının 1211.01-Diferensial tənliklər ixtisasında elmi seminarının 27 fevral 2024-cü il tarixində saat 12:00 iclasında Arəstə Şariza qızı Həbibovanın “Parabolik və hiperbolik tip tənliklər üçün bəzi tərs məsələlərin korrektliyinin tədqiqi” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə Fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi İnstitutun akt zalında keçiriləcək. İclasa qoşulmaq üçün Link: https://us06web.zoom.us/j/2816242014?pwd=M1ZLrZiUFWTRYMdWqISD3BwoI2AFnr.1&omn=89442258233 […]
15/02/2024
23 Fevral 2024-ci il tarixində saat 1100-da, RMİ-nin akt zalında 26 Fevral – XOCALI SOYQIRIMININ ANİM GÜNÜ ilə əlaqədar olaraq Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının sədri dos.İradə Mirzəzadənin təşəbbüsü ilə Azərbaycanın tanınmış hərbi eksperti, ehtiyatda olan zabit “Hərbi xidmətlərə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi”, “Azərbaycan Silahlı Qüvvılırinin 90 illiyi” yubiley medalları ilə mükafatlandırılmış – […]
13/02/2024
Riyaziyyat və Mexanika İnstitutu ED 1.04 Dissertasiya şurasının 1211.01-Diferensial tənliklər ixtisasında elmi seminarının 20 fevral 2024-cü il tarixində saat 1200-da iclasında Yuliya Qabil qızı Abbasovanın “Üçüncü tərtib matris əmsallı diferensial operatorun məxsusi və qoşulmuş funksiyalar sisteminin spektral xassələri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə Fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi Institutun akt zalında keçiriləcək. İclasa qoşulmaq […]
13/02/2024
21 fevral 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. Ümuminstitut seminarda akademik Yusif Məmmədov “Akademik M.L.Rəsulovun çıxıqlar üsulu və onun tətbiq sahələri haqqında ” mövzusu ilə məruzə edəcək. Məruzədə çıxıqlar üsulu, onun digər üsullarla müqayisəli təhlili, tətbiq olunduğu və oluna biləcəyi məsələlər haqqında […]