11/10/2023
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu ED 1.04 dissertasiya şurasının nəzdindəki 1202.01- Analiz və funksional analiz ixtisasında elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 18 oktyabr 2023-cü il tarixli iclasında saat 11:00-da Səbinə Rahib qızı Sadıqovanın “Xətti topoloji fəzalarda sistemlərin freymlilik xassələri haqqında” mövzusunda riyaziyyat elmləri doktoru dissertasiya işinin […]
10/10/2023
Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 27 oktyabr 2023-cü il tarixli iclasında saat 1400-da Rza İbrahim oğlu Ələsgərovun “Bir sinif diskret Dirak operatoru üçün spektral analizin tərs məsələsi və onun tətbiqi” mövzusunda 1202.01-Analiz və funksional analiz […]
09/10/2023
11 oktyabr 2023-cü il tarixində saat 12:00-da RMİ-nin “Deformasiya olunan bərk cisim mexanikası” və “Dalğa dinamikası” şöbələrinin birgə iclasında Aytən Hafiz qızı Mövsümovanın “Mühitlə təmasda olan düzbucaqlı müstəvi və möhkəmləndirilmiş silindrik lövhələrin rəqsləri” mövzusunda 2002.01-Deformasiya olunan bərk cisim mexanikası ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi İnstitutun akt zalında keçiriləcəkdir. İclasa qoşulmaq üçün […]
03/10/2023
04.10.2023-cü il saat 10:00-da Ümuminstitut seminarında BDU-nun mexanika-riyaziyyat fakültəsinin “Diferensial və inteqral tənliklər” kafedrasının dosenti, f.r.e.n. Şirmayıl Həsən oğlu Bağırov «Yarım-xətti elliptik, parabolik tənliklər və tənliklər sisteminin xarici oblastlarda müsbət qlobal həllərinin yoxluğu» mövzusunda məruzə edəcəkdir. Məruzədə koordinat başlanğıcını daxilində saxlayan kompaktın xaricində zaman arqumentinə nəzərən periodik əmsallı yarım-xətti ikinci tərtib parabolik tənliyin müsbət qlobal […]
01/10/2023
11.10.2023-cü il saat 10:00-da Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin baş elmi işçisi r.e.d., prof. Elşad Hətəm oğlu Eyvazovlov ”Spektral sürüşmə funksiyası və həyacanlanmış operatorun məxsusi ədədləri” mövzusunda məruzə edəcəkdir. Məruzənin xülasəsi. Müsbət yarımoxda kvadratı ilə cəmlənən funksiyalar fəzasında birölçülü sərbəst Hamiltonianların köməyi ilə iki müsbət öz-özünə qoşma operator qurulur. Bu operatorlardan istifadə edilərək fərqi birölçülü […]
20/09/2023
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir: “Qeyri-harmonik analiz” şöbəsi üzrə Aparıcı elmi işçi -1 ştat vahidi Kiçik elmi işçi -1 ştat vahidi “Funksiyalar nəzəriyyəsi” şöbəsi üzrə Kiçik elmi işçi -1 ştat vahidi “Riyazi fizika tənlikləri” şöbəsi üzrə Elmi işçi -1 ştat vahidi […]