03/03/2023
İslam İnkişaf Bankının Təqaüd Proqramları Islam Inkişaf Bankı tərəfindən 2022-2023-cü illər Üzv Ölkələr üçün Yüksək Texnologiyalar üzrə Merit Təqaüd Proqramına sənəd qəbulu tezliklə açıq elan ediləcək. Proqram iki səviyyə üzrə tədqiqatları əhatə edir: 3 illik və ya 36 aylıq Ph.D təhsili; 6-12 ay Doktoranturadan sonrakı tədqiqat Təqaüd Proqramı haqqında ətraflı məlumatı https://www.isdb.org/scholarships-backup/programs internet səhifəsindən əldə etmək […]
03/03/2023
Hörmətli həmkarlar ! 7 mart 2023-cü il tarixində saat 11:00 –da AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent İradə Mirzəzadənin təşkilatçılığı ilə 8 Mart Qadınlar Gününə həsr olunan tədbir keçiriləcək. Tədbirdə Azərbaycan Respublikasının əməkdar artisti Sənubər İsgəndərli iştirak edəcək. Tədbir İnstitutun akt zalında keçiriləcək. © Bütün hüquqlar qorunur. […]
24/02/2023
1 mart 2023-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, f.-r.e.n., dosent Niyazi Ələddin oğlu İlyasov “İkinci tərtib kəsilməzlik modulunun üzərinə bir şərt qoyulmuş cəmlənən periodik funksiyaların müxtəlif xassələri haqqında” mövzusunda məruzə edəcəkdir. İkinci tərtib kəsilməzlik modulunun verilmiş majorantı ilə təyin olunmuş 2π-periodik cəmlənən funksiyalar sinfində onların müxtəlif xassələrini xarakterizə […]
18/02/2023
✓2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan növbəti UV doktoranturaya qəbul imtahanlarının tarixləri elan olunub. İmtahanların qrafiki aşağıdakı kimidir: ✓18 iyun – Doktoranturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dil imtahanı ✓18 iyun – Doktorantura və dissertanturada təhsil alanlar üçün xarici dil imtahanı ✓23-25 iyun – Doktorantura (danışıq bloku) ✓19 iyun – Doktorantura […]
17/02/2023
Hörmətli həmkarlar! 24 fevral 2023-cü il tarixində 11:00 –da AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan tədbir keçiriləcək. Tədbirdə politoloq, AzTV-nin siyasi icmalçısı, əməkdar jurnalist, Tofiq Möhsün oğlu Abbasov iştirak edəcək. Tədbir institutun akt zalında keçiriləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]
16/02/2023
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə 23-26 may 2023-cü il tarixlərində Bakı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN NEFT STRATEGİYASI: Neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir. Konfransda neft-qaz geologiyası, geokimyası, geofizikası, neft […]