Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

ELAN

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarının nəzərinə May ayının 27-28-29 –u Balakən rayonuna getmək istəyən əməkdaşlar Həmkarlar Komitəsinin sədri dos.İ.Mirzəzadəyə (otaq 514) yaxınlaşsınlar.  Həmkarlar Təşkilatı © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

12 aprel 2023-cü il tarixində, saat 10:00-da RMİ-nin ümuminstitut seminarında f.-r.e.n., dosent Elvin İbrahim oğlu Əzizbəyov “İkiölçülü parabolik tənlikdə sağ tərəfin və zamandan asılı əmsalların eyni vaxtda təyin olunması” mövzusunda məruzə edəcəkdir. Məruzədə tərs məsələlər, onların təsnifatı, tətbiq sahələri və son dövrdə bu sahədə aparılan elmi-tədqiqat işlərinin mövcud vəziyyəti haqqında məlumat veriləcək, ikiölçülü parabolik tənlik üçün […]

ELAN

5 aprel tarixili seminarı 12 aprel tarixinə keçirilir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

Hörmətli həmkarlar! Azərbaycan Elm Mərkəzində fəaliyyət göstərən Beynəlxalq Elmi Kitabxanaya Təhsil nazirinin əmri, Elmi Şuranın qərarı və rəyçilərin rəyi əsasında çap olunan kitablar qəbul edilir. Eyni zamanda avtoreferat və proqramlar da qəbul olunur. Kitablara elmi baxış keçirildikdən sonra DOI: 10.36719 kodu təyin edilərək aem.az saytının Beynəlxalq Elmi Kitabxana bölməsində (https://aem.az/index.php?newsid=2413) və Crossref təşkilatının bazasında  yayımlanır. […]

ELAN

29 mart 2023-cü il saat 10:00-da RMİ-nun ümuminstitut seminarında f.-r.e.d. Biləndər Paşa oğlu Allahverdiyev “Hilbert fəzalarında öz-özunə qoşma və öz-özünə qoşma olmayan operatorların spektral nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda məruzə edəcəkdir. Hilbert fəzalarında təsir edən kəsilməz spektrə malik öz-özüne qoşma olmayan operatorların və operator qiymətli funksiyaların spektral nəzəriyyəsinin bəzi məsələləri tədqiq edilmişdir. Simmetrik Şredinqer, sinqulyar Şturm-Liuvill, Dirak […]

ELAN

AMEA Gənc alim və mütəxəssislər şurasının təşkilatçılığı ilə 14.03.2023 – cü ildə saat 11:00-da  Riyaziyyat və Mexanika institutunun akt zalında AMEA – nın müxbir üzvü, professor Misir Mərdanovun təqdimatında  “Pi” gününə həsr olunmuş  elmi seminar keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər