13/05/2022
18 may 2022-ci il tarixində saat 10:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında AMEA RMİ-nin “Optimal İdarəetmə” şöbəsinin əməkdaşı, professor Hamlet Fərman oğlu Quliyev “Xüsusi törəməli tənliklər üçün optimal idarəetnə məsələləri haqqında” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə xüsusi törəməli tənliklər üçün optimal idarəetnə məsələlərində son dövrlərdə alınan nəticələr haqqında məlumat veriləcək. © Bütün hüquqlar qorunur. […]
10/05/2022
Şahdağ — 3 nəfərlik (16.06-29.06), Şahdağ — 2 nəfərlik (16.06-29.06), Şəfa — 2 nəfərlik (01.06-14.06), Şəfa — 3 nəfərlik (01.06-14.06) sanatoriyalarına dəqiq nə qədər yollayış istəyirsizsə zəhmət olmasa AMEA Riyaziyyat və Mexanika İnstutunun Həmkarlar Komitəsinin sədrinə, dos. İradə Mirzəzadəyə bildirin. Sifariş edənlər həmin yollayışları götürülməsi mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
06/05/2022
11 may 2022-ci il tarixində Bakı Dövlət Universitetində keçirələcək konfransla əlaqədar olaraq Ümuminstitut seminarı təxirə salındı. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
04/05/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 10 may 2022-ci il tarixli 12 saylı iclasında saat 1000-da Günel Razim qızı Hacıyevanın “Tərtib Dirak operatorunun məxsusi və qoşulmuş vektor funksiyaları üzrə spektral ayrılışın yığılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə Fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək. İclasa qoşulmaq üçün Link: […]
03/05/2022
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirakına dair məlumat yer alıb. Bundan əlavə, AMEA-nın Ümumi yığıncağı, Akademiyanın elmi nailiyyətlərinin sərgisinin açılışı, Milli Elmlər Akademiyasının elmi bölmələrinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatlar, AMEA-nın Rəyasət Heyətinin iclası, Molekulyar […]