06/04/2022
Bilgəh (25.04-09.05— 190AZN), Abşeron (16.04-30.04—160AZN), Abşeron (25.04-09.05 — 160AZN) sanatoriyalarına dəqiq nə qədər yollayış istəyirsizsə zəhmət olmasa AMEA Riyaziyyat və Mexanika İnstutunun Həmkarlar Komitəsinin sədrinə, dosent İradə Mirzəzadəyə bildirin. Sifariş edənlər həmin yollayışları götürülməsi mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
01/04/2022
27 mart “ELM GÜNÜ” münasibətilə 8 aprel saat 12:00 – da AMEA Riyaziyyat və Mexanika İnstitutunda seminar keçiriləcəkdir. Seminarda İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvi, professor Misir Mərdanov “Nüfuzlu elmi jurnalllara məqalə hazırlamağın yolları” mövzusunda məruzə edəcəkdir. Arzu edənlər iştirak edə bilər. Gənc alim və mütəxəssislər şurası © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]
01/04/2022
AMEA RMİ-nın “Diferensial tənliklər”, “Funksional analiz” və “Qeyri-harmonik analiz” şöbələrinin birgə iclasında 08 aprel 2022-ci il tarixli iclasında saat 1400-da f.-r.e.n. Manaf Cabar oğlu Manafovun “Ümumiləşmiş potensiallı diferensial operatorların və onların bəzi fərq analoqlarının spektral analizi” mövzusunda 1202.01- Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi İnstitutun akt zalında keçiriləcək. […]
01/04/2022
06 aprel 2022-ci il tarixində saat 10-00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında RMİ-nin “Tətbiqi riyaziyyat” şöbəsinin müdiri vəzifəsini yerinə yetirən mexanika elmləri doktoru, baş elmi işçi, dosent Abbasov E.M. «İstilik keçirməni nəzərə alaraq lay- boru kəmər sistemində maye-qazın hərəkəti» mövzusunda məruzə ilə çıxış edəcəkdir. Qaldırıcı boruda qaz-maye qarışığı axını ilə onu əhatə edən ətraf […]
01/04/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 06 aprel 2022-ci il tarixli iclasında saat 11:30-da Aydın Şükür oğlu Şükürovun “Cırlaşan triqonometrik sistemlərin freymlik xassələri, Kostyuçenko tipli sistemlərin bazislik xassələri və bəzi tətbiqlər” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə Elmlər doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək. İclasa qoşulmaq üçün […]
30/03/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutunun D 01.111 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 04 aprel 2022-ci il tarixli iclasında saat 1200-da Mehriban Nurməmməd qızı Kərimovanın “Cırlaşan elliptik-parabolik tənliklərin həllərinin araşdırılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək. İclasa qoşulmaq üçün Link: https://us02web.zoom.us/j/7422216097?pwd=azhxdmtxTTlBbVJpODEzdkVLb2Vhdz09 Meeting ID: 742 221 6097 Passcode: […]