24/10/2021
AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 29 oktyabr 2021-ci il tarixli iclasında saat 1400 -da Miqdad İmdad oğlu İsmayılovun “Bixətti inikasların doğurduğu freym sistemlərinin bəzi məsələləri və onların tətbiqləri” mövzusunda 1202.01 – Analiz və funksional analiz ixtisasında […]
15/10/2021
AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 35-ci nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda videoformatda çıxışına dair məlumat, o cümlədən “Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında” ölkə başçısının Sərəncamı yer alıb. Nəşrin növbəti […]
14/10/2021
Bakı Dövlət Universiteti və Holon Texnologiya İnstitutunun (Israil) birgə təşkilatçılığı ilə 2021-ci ilin 20-21 dekabr tarixlərində “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir. Konfransın məqsədi görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlyevin 2021-ci il 25 yanvar tarixli Sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar Lütfi Zadə […]
13/10/2021
20 oktyabr 2021-ci il tarixində saat 10-00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Tətbiqi Riyaziyyat” şöbəsinin müdiri, f.-r.e.d., prof. Elxan Məcid oğlu Abbasov “Istilikkeçirməni nəzərə almaqla lay-quyu sistemində qazın hərəkəti” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə borudakı qaz axını ilə mühit arasındakı istilik mübadiləsi prosesi nəzərə alınmaqla, lay-quyu sistemində qeyri-stasionar qaz hərəkətinin modeli […]
11/10/2021
Bilgəh (04.11-18.11— 180AZN), Bilgəh (19.11-03.12—180 AZN), Abşeron (20.10-03.11—150AZN), Abşeron (09.11-23.11 — 150AZN) sanatoriyalarına dəqiq nə qədər yollayış istəyirsizsə zəhmət olmasa AMEA Riyaziyyat və Mexanika İnstutunun Həmkarlar Komitəsinin sədrinə İradə Mirzəzadəyə bildirin. Sifariş edənlər həmin yollayışları götürülməsi mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
10/10/2021
13 oktyabr 2021-ci il tarixində saat 10-00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof. Bilal Telman oğlu Bilalov “Qeyri-standart fəzalarda Laplas və Puasson tənlikləri üçün Dirixle məsələsinin müxtəlif qoyuluşları haqqında” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə qeyri-standart adlanan (dəyişən dərəcəli Lebeq, Morri, qrənd-Lebeq, Marçinkeviç və s.) fəzaların doğurduğu Sobolev […]