04/03/2020
05.03.2020-ci il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin kiçik elmi işçisi, riyaziyyat elmləri üzrə fəlsəfə doktru Nicat Əliyev “Yüksək tərtibli normasının hesablanması üçün alt fəza üsulu” mövzusunda məruzə edəcəkdir. Məruzədə alt fəza üsullarından istifadə etməklə yüksək tərtib dinamik sistemlərin normalarının təqribi hesablanmasından danışılacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]
04/03/2020
Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 Dissertasiya Şurasının nəzdindəki 1202.01 – Analiz və funksional analiz ixtisası üzrə Elmi seminarda f-r.e.n., dosent Elnur Həsən oğlu Xəlilovun “Исследование решения некоторых классов поверхностных интегральных уравнений проекционно-сеточными методами” mövzusunda elmlər doktoru dissertasiya işinin müzakirəsi 10 mart 2020-ci il tarixində saat 1200-da AMEA Riyaziyyat və Mexanika […]
02/03/2020
04.03.2020-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” və ”Riyazi fizika tənlikləri” şöbələrinin ”Qeyri-xətti (yarımxətti) II-ci tərtib elliptik tənliklərin güclü həlləri haqqında” mövzusunda birgə seminarı keçiriləcəkdir. Seminarda r.e.d. Rabil Amanulla oğlu Amanov mövzu ilə bağlı məruzə edəcək. Məruzə zamanı qeyri-xətti hissənin qradiyentə görə müəyyən artım şərti altında və fəza dəyişəninə görə müəyyən Lebeq sinfindən olan Sobolev […]
28/02/2020
04 mart 2020-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat elmləri doktoru Mübariz Qafarşah oğlu Hacıbəyovun “Hiperqruplarda kəsr tərtibli inteqrallar” mövzusunda məruzəsi olacaq. Məruzə hiperqruplarda verilmiş kəsr tərtibli inteqrallar arasında bərabərsizliklər və kəsr tərtibli inteqralların çəkili Lebeq fəzalarında məhdudluğu məsələlərinə həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]
26/02/2020
28.02.2020-ci ildə saat 14:00-da “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cisim mexanikasının müasir problemləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbə müdiri, f-r.e.d., prof. Lətif Xəlil oğlu Talıblı “Özlüelastikiyyət nəzəriyyəsinin Kelvin sərhəd məsələsinin həlli” mövzusunda məruzə edəcəkdir. Məruzədə ilk dəfə olaraq materialı özlüelastik olan sonsuz böyük cismdə, daxilindəki topa qüvvənin təsirindən yaranan gərginlik deformasiya vəziyyətinin təyini məsləsinin […]
25/02/2020
28.02.2020-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin dissertantı Afaq Fərhad qızı İsmayılova “Ümumiləşmiş Morri fəzalarında multisubxətti maksimal operator və multixətti sinqulyar inteqral operatorlar“ mövzusunda məruzə edəcəkdir. Məruzədə multisubxətti maksimal operator və multixətti sinqulyar inteqral operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğu məsələsi müzakirə olunacaqdır. © Bütün […]