Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

ELAN

26 fevral 2020-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksional analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Elşad Hətəm oğlu Eyvazov “Kvant mexanikasının bəzi problemlərinin həllində riyaziyyatın rolu” mövzusunda məruzə edəcəkdir. Məruzə 4 hissədən ibarətdir. I hissədə nöqtəvi potensiallı Şredinger operatoru haqqında görülən işlərdən danışılacaq və Berezin-Minlos-Faddeyev üsulunun mahiyyəti açıqlanacaq. II hissədə maqnit […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar Elm Xadimi, funksional analiz, difrensial tənliklər sahəsində görkəmli alim, Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti, AMEA-nın sabiq prezidenti və Riyaziyyat və Mexanika İnstitutunun sabiq direktoru Fəraməz Qəzənfər oğlu Maqsudovun 20 mart 2020-ci ildə 90 ili tamam olur. Bununla əlaqədar, akademik Fəraməz […]

ELAN

25 Fevral 2020-ci il tarixində saat 1100-da, RMİ-nin akt zalında 26 Fevral-XOCALI SOYQIRIMININ ANIM GÜNÜ  ilə əlaqədar olaraq Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının Təşəbbüsü ilə Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri – ŞƏMİSTAN ƏLİZAMANLI ilə görüş keçiriləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]

ELAN

21.02.2020-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin doktorantı Cavanşir Vaqif oğlu Əzizovun “Heyzenberq qruplarında ümumiləşmiş çəkili Morri fəzalarında kəsr inteqral operatoru və onun yüksək tərtibli kommutatoru” mövzusunda məruzəsi olacaqdır. Məruzədə Heyzenberq qruplarında ümumiləşmiş çəkili Morri fəzalarında kəsr inteqral operatoru və onun yüksək tərtibli kommutatorunun […]

E L A N

20.02.2020-ci il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “Anormal riyazi proqramlaşdırma məsələsi” mövzusunda məruzə edəcəkdir. İşdə bərabərliklə məhdudiyyət requlyarlıq şərtini ödəmədikdə riyazi proqramlaşdırma məsələsinin həllinin optimallığı üçün birinci və ikinci tərtib zəruri şərt alınmışdır. İşdə həmçinin sərhəd şərtli optimal idarə məsələsi […]

ELAN

19 Fevral, 2020-ci il saat 12.00-da “Diferensial tənliklər” və  “Riyazi fizika tənlikləri” şöbəsinin növbəti birgə seminarı keçiriləcəkdir. Seminarda şöbənin doktorantı Fərhadova Yetər Müzakir qızı “Kabel ilə bir əlaqə nöqtəsi olan asma körpünün rəqslərinin riyazi modelinin araşdırılması” mövzusunda çıxış edəcək. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər