17/02/2020
AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında 19 fevral 2020-ci il tarixində saat 1000-da respublikanın tanınmış alim və müəllimləri “Tətbiqi riyaziyyat” şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Qabil Qəribxan oğlu Əliyevin anadan olmasının 85 illik, “Diferensial tənliklər” şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər Bayram oğlu Əliyevin 70 illik və “Funksional analiz” şöbəsinin müdiri, fizika-riyaziyyat […]
12/02/2020
14.02.2020-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin aparıcı elmi işçisi, r.ü.f.d., dos. Ömərova Mehriban Nazım qızı “Bəzi mənfi olmayan potensiallarla bağlı Şredinger tipli operatorların local ümumiləşmiş Morri fəzalarında məhdudluğu” mövzusunda məruzə edəcəkdir. Məruzədə bəzi mənfi olmayan potensiallarla bağlı Şredinger tipli operatorların local ümumiləşmiş Morri […]
07/02/2020
12 fevral 2020-ci il saat 10:00-da Ümuminstitut seminarında Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat ETİ-nin aparıcı elmi işçisi, f.r.e.n., Şərif Məmməd oğlu Nəsibov “Sobelev interpolyasiya və Qross-Sobolev loqarifmik bərabərsizlikləri” mövzusunda məruzə edəcəkdir. Məruzə bir dəqiq inteqral bərabərsziliyin isbatı, Hausdorf-Yunq bərabərsizliyinin köməyi ilə Sobolev interpolyasiya bərabərsizliyinin çıxarılışı və bu bərabərsizliyin köməyi ilə Qross-Sobolev loqarifmik bərabərsziliyinin isbatı həsr olunmuşdur. © […]
05/02/2020
06.02.2020-ci il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “Anormal riyazi proqramlaşdırma məsələsi” mövzusunda məruzə edəcəkdir. İşdə bərabərliklə məhdudiyyət requlyarlıq şərtini ödəmədikdə riyazi proqramlaşdırma məsələsinin həllinin optimallığı üçün birinci və ikinci tərtib zəruri şərt alınmışdır. İşdə həmçinin sərhəd şərtli optimal idarə məsələsi […]
05/02/2020
AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının 5 fevral 2020-ci tarixli 1 saylı iclas protokolunun GÜNDƏLİYİ “Azərbaycan MEA-nın 2020-2025-ci illər üzrə inkişaf proqramı”-ndan irəli gələn prioritet istiqamətlərlə bağlı. “Azərbaycan MEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı” haqqında 28 dekabr 2019-cu il tarixli 3/5 nömrəli AMEA-nın Ümumi yığıncağının Qərarı. Elmi müəssisələrin akkreditasiyası qaydası haqqında. AMEA RMİ-nin […]
03/02/2020
05 fevral 2020-ci il saat 11.00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun akt zalında Həmkarlar İttifaqının təşkilatçılığı ilə koronavirus ilə bağlı “Özünü və başqalarını xəstəlikdən qoru!” adlı tədbir keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər. HƏMKARLAR İTTİFAQI © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.