Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

ELAN

05 fevral 2020-ci il saat 11.00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun akt zalında Həmkarlar İttifaqının təşkilatçılığı ilə koronavirus ilə bağlı “Özünü və başqalarını xəstəlikdən qoru!” adlı tədbir keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər. HƏMKARLAR İTTİFAQI  © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

5 fevral 2020-ci il saat 10:00-da Ümuminstitut seminarında Bakı Dövlət Universitenin professoru, r.e.d., Sədi Əndam oğlu Bayramov “Metrik fəzaların ümumiləşmələri və bu fəzalarda tərpənməz nöqtə haqqında teoremlər” mövzusunda məruzə edəcəkdir. Metrik fəzaların ümumiləşməsi olan b-metrik, G-metrik, D-metrik, D*-metrik, S-metrik, soft metrik fəzalar haqqında məlumat veriləcək. Bu fəzalarda tərpənməz nöqtə haqqında teoremin müxtəlif variantlarının isbatı haqqında danışılacaq. Sonunda […]

ELAN

29 yanvar 2020-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, r.e.d., Rəşid Əvəzağa oğlu Əliyev “Hilbert çevirməsinin approksimasiyaları” mövzusunda məruzə edəcəkdir. Məruzədə Hilbert çevirməsi və onun diskret analoqunun xassələrindən bəhs olunacaq və həqiqi oxda p dərəcədən inteqrallanan funksiyalar fəzasında Hilbert çevirməsinin approksimasiyaları veriləcək. Göstəriləcək ki, approksimasiya edən operatorlar Hilbert çevirməsinin […]

ELAN

23 yanvar 2020-ci ildə saat 1400-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun akt zalında Horizon 2020 proqramı üzrə məlumat günü keçiriləcəkdir. Tədbirdə AMEA Coğrafiya İnstitutunun əməkdaşı Rövşən Kərimov, Azərbaycan Milli Antidoping Agentliyi strateji inkişaf mərkəzinin meneceri İlham Hümbətov, İnformasiya və texnologiyalar İnstitutunun əməkdaşı Fərhad Yusifov, Maria Sklovodskaya-Küri proqramı üzrə mütəxəssis, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı […]

ELAN

22 yanvar  2020-ci ildə  AMEA Riyaziyyat və Mexanika İnstitutunun ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin  baş  elmi  işçisi, r.e.d., AMEA-nın prof. Rövşən Bəndəliyev “Dəyişən dərəcəli Morri fəzalarında daxilolma teoremləri”  mövzusunda məruzə edəcəkdir. Məruzədə əvvəlcə dəyişən dərəcəli  Morri fəzaları haqqında bəzi ümumi məlumat veriləcək. Daha sonra iki müxtəlif  dəyişən dərəcəli Morri  fəzaları arasında kəsilməz daxiloma teoremləri haqqında […]

E L A N

16.01.2020-ci il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Variasiya hesabının hamar olmayan məsələlərində ekstremum üçün zəruri şərtlər” mövzusunda məruzə edəcəkdir. İşdə hamar olmayan vektor şəkilli variasiya məsələlərində güclü və zəif ekstremumları tədqiq etmək üçün iki üsul təqdim olunur: birinci üsul Veyerştras tipli yeni […]

Faydalı linklər