18/09/2024
18.09.2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarında akademik Yusif Məmmədov “Adi diferensial operatorların spektral nəzəriyyəsinin bəzi klassik problemləri” mövzusunda məruzə edib. Məruzədə Birkhoff-Tamarkin nəzəriyyəsinin bəzi həll olunmamış problemləri və onların öyrənilməsi zamanı yaranan əsas çətinliklər müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]
13/09/2024
12.09.2024-cü il tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin dissertantı Aygün İsvahan qızı Ağamalıyeva “Populyasiyanın dinamikasının optimal idarə olunması məsələsində optimallıq şərtləri” mövzusunda məruzə edib. Məruzədə iki sinif xətti tənliklər sistemi üçün qoyulmuş Koşi məsələsinin həllinin göstərilişinin alınması, populyasiyanın dinamikası iki ölçülü birtərtibli inteqro-diferensial […]
12/06/2024
12 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarda f.r.-e.d., professor Heybətqulu Mustafayev “Qeyri klassik spektral nəzəriyyənin bəzi məsələləri haqqında” mövzusunda məruzə ilə çıxış etdi. Məruzədə, Banax fəzasında təsir edən izometriyaların, hermit və dissipativ operatorların bəzi spektral xassələrindən bəhs edildi. Bundan başqa, lokal spektral nəzəriyyənin […]
05/06/2024
05 may 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarda Çexiyanın Palacky Universitetinin “Cəbr və həndəsə” bölməsinin professoru, Dr. Sc. Josef Mikes, “Geodezik inikaslar və onların ümumiləşdirilməsi”mövzusunda məruzə ilə çıxış etdi. Məruzədə, geodezik inikasların və holomorf-proyektiv çevrilmələrin əsas tənlikləri verilmişdir. Həm qlobal, həm də lokal […]
30/05/2024
29 may 2024-cü il tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarda RMİ-nun “Riyazi fizika tənlikləri” şöbəsinin aparıcı elmi işçisi riyaziyyat üzrə fəlsəfə doktoru Nazim Cəfərov “Paraboloid tipli oblastlarda kəsilən əmsallı 2-ci tərtib divergent strukturlu parabolik tənliklər üçün birinci sərhəd məsələsinin həllərinin Hölder fəzasına daxil olması meyarı” mövzusunda […]
22/05/2024
22 may 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarda RMİ-nun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Rəşid Əvəzağa oğlu Əliyev “Orliç fəzalarında harmonik analizin bəzi operatorlarının məhdudluğu” mövzusunda məruzə ilə çıxış etdi. Məruzə harmonik analizin əsas operatorlarından olan kəsr-maksimal operatorun, Riss […]