Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Səkinə xanım Axundzadə haqqında nə bilirsiniz?

 Səkinə xanım Axundzadə qız məktəbində ilahiyyat müəllimi işləyirdi. O, qızları dram dərnəyinə cəlb edir, onlarla birgə öz fəaliyyət tamaşaları hazırlayırdı. Səkinə Axundzadə (1865-1927) 1865-ci ildə Qubada anadan olmuş, ilk təhsilini Fəda təxəllüsü ilə tanınan şair atası Hədat bəy Axundovdan almışdır. Onun maarifçilik fəaliyyəti doğma şəhərində yaxşı qarşılanmamışdı. İş o həddə çatmışdı ki, cahil adamlar Səkinə […]

E L A N

28.11.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Optimal idarəetmə” şöbəsinin baş elmi işçisi f.-r.e.d., professor Telman Məlikov “Standart variasiya məsələlərində kafi şərtlər haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə standart variasiya məsələsinə baxılacaq. Yeni tədqiqat üsulu verilərək funksionalın ekstremum üçün bəzi daha konstruktiv kafi şərtlər alınmışdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Elmi Şuranın növbəti iclası keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda “Riyazi fizika tənlikləri”, “Tətbiqi riyaziyyat”, “Optimal idarəetmə” və “Cəbr və riyazi məntiq” şöbələrinin illik hesabatları dinlənilib. Sonra “Maye və qaz mexanikası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, t.e.d. Qeylani Minhac oğlu Pənahova 2003.01-“Maye, qaz və plazma mexanikası” ixtisası üzrə professor elmi adın verilməsi məsələsinə baxılıb. […]

“Kəsr maksimal operatorun kommutatorunun Orliç fəzalarında Lipşitz sinfindən olan fuksiyalar ilə təsviri” mövzusunda Ümuminstitut seminarı keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev “Kəsr maksimal operatorun kommutatorunun Orliç fəzalarında Lipşitz sinfindən olan funksiyalar ilə təsviri” mövzusunda məruzə edib. Məruzədə kəsr inteqral operatorun kommutatorunun Orliç fəzalarında Lipşitz sinfindən olan funksiyalar ilə təsvirindən bəhs olunub. Həmçinin b-kommutator funksiyanın Lipşitz […]

“Tikanlı” kontakt linzalar icad edilib

Çin alimləri göz xəstəliklərinin müalicəsi üçün miniatür “tikanlı” kontakt linzalar hazırlayıblar. Linzanın itilənmiş kiçik piramidaları tədricən əriyən materialdan hazırlanıb və bu proses su ilə təmasda olduqda baş verir. “Tikan”larda olan dərman səthi qişaya toxunmadan birbaşa gözün daxilinə nüfuz edir və bir neçə gün ərzində tamamilə həll olur. health.mail.ru

E L A N

16.11.2018-ci il saat 11:30-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Kəsr inteqral operatorun kommutatorunun Orliç fəzalarında Lipşitz sinfindən olan fuksiyalar ilə təsviri” mövzusunda məruzə edəcəkdir. Məruzədə kəsr inteqral operatorun kommutatorunun Orliç fəzalarında Lipşitz sinfindən olan fuksiyalar ilə təsviri […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər