Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Rusiyalı alimlər yeni üsulla enerji əldə edəcəklər

Rusiyalı alimlər eyni anda günəş elementi və işıq mənbəyi kimi işləyən cihazın prototipini yaradıblar. Yeni cihaz elektrik yarada və işıq mənbəyi kimi istifadə oluna bilər. iz.ru saytının məlumatına görə, Günəşdən enerji almaq funksiyasını yerinə yetirən işıq diodlarını xüsusi plonkanın köməyi ilə şüşələrə yerləşdirmək mümkündür. Bu zaman onlar gündüz elektrik enerjisi istehsal edəcək, gecə isə işıqlandırma […]

AMEA-nın Elmi Nəşriyyat Şurasının sədri Yer Elmləri Bölməsinin müəssisələrində dərc edilən elmi jurnalların məsul katiblərini qəbul edib

Bu gün Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın Elmi Nəşriyyat Şurasının sədri, akademiyanın müxbir üzvü Misir Mərdanov Yer Elmləri Bölməsinə daxil olan institutlarda çap edilən elmi jurnalların məsul katibləri ilə görüşüb. Görüşdə Misir Mərdanov bölmənin müəssisələrində çap olunan jurnalların müasir standartlara uyğun tərtib olunması məqsədilə məsul katiblərə tövsiyələrini və iradlarını bildirib. Sonda qonaqları maraqlandıran suallar […]

Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Dekabrın 13-14-də görkəmli neftçi-alim, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan “Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. AMEA-nın və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq tədbirdə Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Çin, ABŞ, İsveç, İran və digər ölkələrin tanınmış alimləri iştirak edəcəklər. Konfransın […]

Dünyanın nüfuzlu elmi mükafatlarından olan “Breakthrough Prize”-nin qalibləri elan olunub

Rusiyalı milyarder, İnternet layihələrinin sərmayəçisi Yuri Milner, “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq və “Google” şirkətinin banisi Sergey Brin tərəfindən təsis edilən “Breakthrough Prize” mükafatının laureatlarının adları açıqlanıb. “Həyat elmləri” kateqoriyasında bu mükafata farmakoloq Frank Bennett və biyokimyaçı Adrian Kreiner layiq görülüblər. Onlar neyrodejenerativ xəstəlik – orbital əzələ atrofiyası üçün ilk dərmanın təkmilləşdirilməsi işində nailiyyətlərinə […]

AMEA-nın Rəyasət Heyəti və Bakı Dövlət Universitetinin Elmi şurasının birgə iclası keçirilib

Oktyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında AMEA-nın Rəyasət Heyəti və Bakı Dövlət Universitetinin Elmi şurasının birgə iclası keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Daha sonra A.Əlizadə Prezident İlham Əliyevin 13 iyul 2018-ci il tarixli Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunan AMEA-nın müxbir […]

Nəsib bəy Yusifbəyli (1881-1920) kim olub?

Yusifbəyli Nəsib bəy Yusif oğlu Gəncə şəhərində anadan olmuşdu. Orta təhsilini Gəncə gimnaziyasında almış, 1902-ci ildə Novorossiysk (Odessa) Universitetinin hüquq fakültəsinə daxil olmuş, amma universitet müvəqqəti bağlandığı üçün təhsilini başa vura bilməmişdi. Baxçasaray (Krım) şəhərinə gedib İsmayıl Qaspiralının “Tərcüman” qəzeti ilə əməkdaşlıq etmişdi. 1908-ci ildə İstanbula köçmüş, burada “Türk dərnəyi” cəmiyyətini təşkil etmişdi. 1909-cu ildə […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər