Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Wikipedia-da süni zəka tərəfindən tərtib edilmiş saxta məlumatların sayı artıb

İstifadəçilərin ChatGPT və ona bənzər digər süni zəka sistemlərindən istifadə edərək mənasız və yoxlanılmamış məlumatları tərtib edib onları Wikipedia-da paylaşmaları səbəbilə bu rəqəmsal ensiklopediya sözün əsl mənasında böhran yaşayır. Lakin süni zəka texnologiyalarının günü-gündən daha da məşhurlaşmalarını nəzərə alsaq, bu, gözlənilən bir hal idi. Məlumata əsasən bu problemin aradan qaldırılması istiqamətində WikiProject AI Cleanup adlı […]

İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən 2024-cü il üçün Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə “Sveriges Riksbank” mükafatı laureatları məlum olub. Daron Əcəmoğlu, Saymon Conson və Ceyms A.Robinson sözügedən sahə üzrə 2024-cü ilin laureatları elan edilib. Onlar bu mükafata institutların necə formalaşdığını və rifaha necə təsir göstərdiyinin öyrənilməsinə görə, layiq görülüblər. Qeyd […]

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları gəzintidə

Oktyabrın 12-də 2024-cü il tarixində Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika institutunun 32 nəfər əməkdaşı Quba və Qusar rayonlarında səfərdə olub. Səfər əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə institutun  Həmkarlar Təşkilatı tərəfindən həyata keçirilib. Gəzintidə iştirak edənlər “Dəyirman” və “Ranço” istirahət mərkəzlərində nahar və şam yeməklərini yeyiblər. Gəzinti maraqlı anlar ilə yadda qalıb. © […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin Pre-COP29 tədbirinin iştirakçılarına müraciəti təqdim edilib. Bugünkü sayda, ilk səhifələrdə “Azərbaycan-Çin elmi əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur” rubrikalı yazılar dərc edilib. Qəzetdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Aşıq Ələsgərin sənətinə və Vətəninə qayıdışının parolu” adlı məqaləsi, eləcə də Ankarada Məhəmməd […]

Cənubi koreyalı yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

2024-cü il üzrə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülən yazıçının adı açıqlanıb. Nobel Komitəsi oktyabrın 10-da Cənubi Koreyadan olan Han Kanqın ədəbiyyat sahəsində Nobel mükafatına layiq görüldüyünü elan edib. Onun ən məşhur əsərləri 2016-cı ildə Beynəlxalq Buker Mükafatını qazandığı “Vegetarian”, həmçinin “İnsan aktları” və “Ağ kitabdır”. 2018-ci ildə onun “Əlvida” novellası Kim Yuçjun mükafatını, 2023-cü […]

İlk dəfə Azərbaycanın 2 ali təhsil müəssisəsi “Times Higher Education dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə daxil olub

Oktyabrın 9-da Birləşmiş Krallıqda keçirilən “Dünya Akademik Sammiti” çərçivəsində dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən “THE Dünyanın ən yaxşı universitetlərinin reytinqi”nin nəticələri açıqlanıb.İlk dəfə Azərbaycan 2 ali təhsil müəssisəsi (Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) ilə sözügedən qlobal reytinqdə təmsil olunur.Bakı Dövlət Universiteti 2021-ci ildən […]

Faydalı linklər