Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün – 20 sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu günün qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev sentyabrın 18-də Sərəncam imzalayıb. Xatırladaq ki, Vətən müharibəsindəki Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz suverenliyini tam bərpa etdi. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təqdim edilib. Bugünkü sayda AMEA Rəyasət Heyətinin iclası, AMEA prezidenti akademik İsa Həbibbəylinin Qarabağ Universitetinin kollektivinə təbriki, “Yaşayan füzulişünaslıq abidəsi” adlı məqaləsi, eləcə də Türk dünyasının arxeoloqları ilə görüşü barədə yazılar dərc edilib. […]

Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və […]

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi ilə Milli Observatoriya arasında əməkdaşlığa dair memorandum imzalanıb

17 sentyabr tarixində Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Memoranduma əsasən tərəflər əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı kadr […]

Tarixdə ilk dəfə olaraq, kosmosda 3D printerlə metal parçası istehsal edilib!

Beynəlxalq Kosmik Stansiyadakı astronavtlar, 3D printerdən istifadə edərək metal ehtiyat hissələri istehsal etməyi bacarıblar.Kosmosda 3D printer ilə bir şey hazırlamaq çox çətin bir prosesdir və Yerdəki nümunələrindən olduqca fərqli şəkildə hazırlanır. Məsələn, yer üzündə ərimiş metalın formalaşmasında cazibə qüvvəsi mühüm rol oynasa da, ISS-də cazibə qüvvəsi yoxdur. Bundan əlavə, ərimiş metalın kosmik mühitdə necə davranacağını […]

Bu gündən Azərbaycanda yeni tədris ili başlanır

Sentyabrın 16-dan Azərbaycanda 2024-2025-ci tədris ili başlanır. Yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq. 2024-2025-ci tədris ilində respublika üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub. Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri […]

Faydalı linklər