İyunun 18-də dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) agentliyi ali təhsil müəssisələrinin növbəti reytinq tədqiqatının nəticələrini – “Impact Rankings 2025” açıqlayıb. “Azərbaycan müəllimi” xəbər verir ki, dünya universitetlərinin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini qiymətləndirən tədqiqatda Azərbaycan ali təhsil müəssisələrinin sayı rekord həddə – 25-ə çatıb. Azərbaycan üzrə ən yaxşı nəticəni […]
Çinin Sincan-Uyğur Muxtar bölgəsində yerləşən Hami şəhərindən Çuntsinə ±800 kV ultra yüksəkgərginlikli birbaşa cərəyan ötürülməsi layihəsinə başlanılıb. Bu barədə Sinxua agentliyi məlumat verib. 2260 kilometr uzunluğunda olan elektrik xəttinin gücü 14,2 milyon kVt təşkil edir. Onun təxminən 70 faizi, yəni 10,2 milyon kVt-ı külək və günəş enerjisi hesabına təmin olunur. Yeni xəttin hər il 36 milyard […]
“Bu axşam “THE Impact 2025”in reytinq siyahısı açıqlanacaq. Sevindirici haldır ki, Azərbaycan universitetləri də bu reytinq sıralamasında yer alıb. Hazırda rəsmi açıqlamaları gözləyirik. Sadəcə onu deyə bilərəm ki, nəticələrimiz ürəkaçandır”. Bu fikri İstanbulda keçirilən “Qlobal Dayanıqlı İnkişaf” konqresi çərçivəsində Azərbaycan media nümayəndələrinin suallarını cavablandıran elm və təhsil naziri Emin Əmrullayev ifadə edib. O deyib: “Artıq […]
Insan hüquqları hər bir fərdin doğuluşdan malik olduğu, toxunulmaz və ümumbəşəri dəyərlər toplusudur. Bu hüquqların qorunması, təminatı və inkişaf etdirilməsi demokratik cəmiyyətlərin əsas prinsiplərindən sayılır. Azərbaycan Respublikasında iyunun 18-i məhz bu dəyərlərin dövlət səviyyəsində təşviqinə və möhkəmləndirilməsinə həsr olunub. 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul edilib […]
Alimlər uzun müddətdir ki, insanın nəfəs ritminin unikal olduğunu ehtimal edirdilər, lakin yalnız bir sıra yeni təcrübələr bunun nə dərəcədə doğru olduğunu sübut edə bildi. Bu məqsədlə İsraildən olan tədqiqatçılar nəfəsi sol və sağ burun dəliyi üzrə ayrı-ayrılıqda qeydə alan geyilə bilən sensor hazırlayıblar. Gündəlik məlumatların yazılmasından sonra sistem tənəffüs ritmi əsasında şəxsi 96.8% dəqiqliklə […]
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunundan artıq 32 il keçir. Bu tarix Azərbaycan xalqı üçün sadəcə bir təqvim bayramı deyil, milli dövlətçiliyimizin yenidən dirçəldiyi, müstəqilliyimizin qorunduğu taleyüklü gündür. Məhz həmin gün Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkəni dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxardı, müstəqil […]