Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Dünyanın ən böyük günəş enerji anbarı tikiləcək

Atakama səhrası dünyanın ən böyük enerji saxlama layihəsinə ev sahibliyi edəcək.  Bu barədə “Rechargenews” məlumat yayıb. Məlumata görə, layihə çərçivəsində 1 GVt günəş enerjisi gücündə elektrik enerjisi istehsal ediləcək. Bu işi İspaniyanın ən böyük bərpa olunan enerji şirkəti Grenergy Çili öz üzərinə götürüb. Hazırda Atakama səhrasında dünyanın ən böyük enerji anbarının tikintisinə başlanılıb. Şirkət növbəti  3 il ərzində mərhələli şəkildə […]

Planetimizin nüvəsi ilə bağlı daha bir iddia

Çin Elmlər Akademiyasının tədqiqatçıları Yer kürəsinin nüvəsində digər planetin qalıqlarının qalması ilə bağlı fərziyyənin yeni sübutlarını aşkar ediblər. Əvvəlki araşdırmaların nəticələrinə görə qalıqlar 4.5 milyard il bundan öncə Yer kürəsi ilə toqquşmuş Teya adlı nəzəri planetə aiddir. Güman olunur ki, Teyanın süxurları zaman keçdikcə Yer kürəsi ilə bir-birilərinə qarışmışdır. Lakin çinli alimlər bunun əslində belə […]

Dövlət Mükafatları Komissiyası 2024-cü il üçün dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2024-cü il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir. Müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il    8 fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi”ndə göstərilən qaydalara […]

Kosmos tarixində görünməmiş hadisə

Kosmos tarixində indiyə qədər görünməmiş hadisə baş verib. Belə ki, Marsın atmosferinin ilk dəfə olaraq Yer planetinin qütb işıqları kimi yaşıl rəngə büründüyü müşahidə edilib. Qeyd edək ki, bu hadisə Avropa Kosmik Agentliyinə (ESA) məxsus “ExoMars Trace Gas Orbiter” adlı kosmik cihaz vasitəsilə təsbit olunub. Ümumiyyətlə, bu gün planetimizdə də oxşar hadisələr baş verir. Belə […]

Hava şəraitini 10 gün öncədən dəqiq proqnozlaşdıran süni zəka sistemi hazırlanıb

Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyası 10 gün müddətinə ən dəqiq hava proqnozlarını tərtib etməyi bacaran süni zəka sistemini hazırlayıb. Hazırlanmış bu süni zəka sistemi GraphCast adını əldə edib. O, hava proqnozları sahəsinin standartı hesab edilən HRES (High-Resolution Forecast) sistemindən daha dəqiq və sürətli çalışır. GraphCast-ın məlumatlar öz növbəsində Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) mütəxəssisləri tərəfindən analiz edilib.  Sistemin hal hazırda […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın İsmayıllıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialının açılışında iştirakı ilə bağlı xəbər yer alıb. Bundan əlavə, qəzetdə AMEA-nın Rəyasət Heyəti və A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış qələbənin 3 […]

Faydalı linklər