18/11/2023
17 noyabr 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Mehriban Nurməmməd qızı Kərimovanın “Cırlaşan elliptik-parabolik tənliklərin həllərinin araşdırılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri f.-r.e.d., professor Tahir Sədi oğlu […]
17/11/2023
Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü ölkənin müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Mənəvi əsaslarını və başlanğıcını 1960-cı illərindən götürən bu tarix sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan […]
16/11/2023
15–16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Clarivate Analytics” şirkətindən Valentin Bogorovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təlimlər keçirilib. Təlimin məqsədi “Web of Science” elmmetrik bazasına giriş və bazadan istifadə ilə bağlı bacarıq və səriştələrin artırılması olub. İnformasiya Texnologiyaları İnstitutunda keçirilən təlimlərdə 60-a yaxın ali təhsil müəssisəsi və elmi-tədqiqat institutunun […]
15/11/2023
Noyabrın 14-də Mingəçevir Dövlət Universitetinin “Heydər Əliyev İli” çərçivəsində reallaşdırdığı “Heydər Əliyev xatirələrdə” adlı layihə ilə bağlı görüş keçirilib. Görüşün qonağı Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov olub. Görüşdə professor Misir Mərdanov, Ulu Öndər Heydər Əliyevi tarixi şəxsiyyət kimi xarakterizə edən xüsusiyyətlərindən, […]
15/11/2023
Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev və “Riyazi analiz” kafedrasının dosenti Mehriban Ömərovanın həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Advances in Nonlinear Analysis” (https://www.degruyter.com/journal/key/anona/html) (WoS, IF-4.200) Q1 yüksək impakt faktorlu jurnalda dərc edilib. “Ümumiləşmiş Orlicz-Morrey fəzalarında həqiqi Kalderon-Ziqmund operatorları və onların kommutatorlarınin xarakteristikası” adlı məqalədə ümumiləşmiş Orlicz–Morrey […]
13/11/2023
Google şirkətinə məxsus olan və süni zəka sahəsində fəaliyyət göstərən Deep Mind laboratoriyasının həmtəsisçisi və aparıcı süni zəka mütəxəssislərindən biri olan Shane Legg artıq uzun illərdir ki, öz proqnozunu dəstəkləməkdə davam edir. Onun proqnozuna əsasən yaxın illər ərzində süni zəka texnologiyası AGI (Artificial General Intelligence Ümumi Süni Zəka) səviyyəsinə çata biləcək. Güman olunur ki, bu […]