Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Web of Science” elmmetrik bazasından istifadənin daha səmərəli təşkili məqsədilə təlimlər keçirilib

15–16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı  ilə “Clarivate Analytics” şirkətindən Valentin Bogorovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təlimlər keçirilib. Təlimin məqsədi “Web of Science” elmmetrik bazasına giriş və bazadan istifadə ilə bağlı bacarıq və səriştələrin artırılması olub.  İnformasiya Texnologiyaları İnstitutunda keçirilən  təlimlərdə  60-a yaxın ali  təhsil  müəssisəsi və elmi-tədqiqat institutunun […]

AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Mingəçevir Dövlət Universitetinin qonağı olub

Noyabrın 14-də Mingəçevir Dövlət Universitetinin “Heydər Əliyev İli” çərçivəsində reallaşdırdığı “Heydər Əliyev xatirələrdə” adlı layihə ilə bağlı görüş keçirilib. Görüşün qonağı Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov olub. Görüşdə professor Misir Mərdanov, Ulu Öndər Heydər Əliyevi tarixi şəxsiyyət kimi xarakterizə edən xüsusiyyətlərindən, […]

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev və “Riyazi analiz” kafedrasının dosenti Mehriban Ömərovanın həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Advances in Nonlinear Analysis” (https://www.degruyter.com/journal/key/anona/html) (WoS, IF-4.200) Q1 yüksək impakt faktorlu jurnalda dərc edilib. “Ümumiləşmiş Orlicz-Morrey fəzalarında həqiqi Kalderon-Ziqmund operatorları və onların kommutatorlarınin xarakteristikası” adlı məqalədə ümumiləşmiş Orlicz–Morrey […]

Ümumi süni zəka nə zaman ortaya çıxacaq?

Google şirkətinə məxsus olan və  süni  zəka  sahəsində fəaliyyət göstərən  Deep Mind  laboratoriyasının həmtəsisçisi  və  aparıcı  süni  zəka  mütəxəssislərindən biri  olan  Shane  Legg artıq uzun  illərdir ki, öz proqnozunu dəstəkləməkdə davam edir. Onun proqnozuna əsasən yaxın illər ərzində süni zəka texnologiyası AGI (Artificial General Intelligence  Ümumi Süni Zəka) səviyyəsinə çata biləcək.  Güman olunur ki, bu […]

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün 9 Noyabr – Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. “Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır”. Dövlət başçısı, Müfəzzər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisinin təcəssümüdür. Şanlı üçrəngli bayrağımız dövlət rəmzi […]

8 Noyabr Zəfər Günümüz mübarək!

Bu gün Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfərinin üçüncü ildönümüdür. Bildiyimiz kimi, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribat xarakterli növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişi ilə müzəffər Azərbaycan Ordusu əks-hücüm əməliyyatına başladı. Məhz ölkə başçısının qətiyyəti, uzaqgörən siyasi iradəsi, rəşadətli ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində İkinci […]

Faydalı linklər