Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi

2025-ci il sentyabrın 17-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şuranın növbəti iclası keçirilib. İclasda institut əməkdaşlarının elmi ezamiyyətlərinə dair hesabatlar dinlənilib və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2025-ci il tarixli sərəncamına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul məsələsi müzakirə olunub. İclasa İnstitutun baş direktoru,AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov sədrlik edib.İlk olaraq […]

Riyaziyyat və Mexanika İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirildi

17 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə institutun rəhbərliyi, əməkdaşları və dəvət olunmuş qonaqlar iştirak ediblər. Tədbir Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Riyaziyyat […]

Georq Riman — Riyaziyyatın Dahisi və Riman Hipotezinin Müəllifi

Bu gün dünya şöhrətli alman riyaziyyatçısı, mexanik və fiziki, Berlin və Paris Elmlər Akademiyalarının, London Kral Cəmiyyətinin üzvü Georq Rimanın doğum günüdür. Riman 17 sentyabr 1826-cı ildə Almaniyada yoxsul ruhani ailəsində dünyaya gəlmişdir. O, yalnız 14 yaşında məktəbə gedə bilmiş, anası Şarlotta Ebbel Riman hələ məktəbdə oxuyarkən vərəm xəstəliyindən vəfat etmişdi. Onun riyazi qabiliyyəti gənc […]

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri elan olunub. Müsabiqəyə 54-ü (3%) “Ümumi təhsil müəssisələri”, 1 498-i (97%) isə “Fərdi layihələr” kateqoriyası üzrə olmaqla ümumilikdə 1 552 layihə təqdim edilib. Müsabiqəyə təqdim edilən layihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə 1 516 (98%) layihə “Məzmun ekspertizası” mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr ekspert qrupu […]

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı, Heydər Əliyev Fondunun müvafiq istiqamətdə həyata keçirdiyi layihələr nəticəsində son illər Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla […]

Neuralink-in beyin çipləri artıq 12 nəfərə implantasiya edilib

Bu ilin iyun ayına olan vəziyyətə görə, cəmi 7 nəfərdə Neuralink beyin implantı mövcud idi və onların hamısı ABŞ ərazisində yerləşirdi. Bu həftə Elon Musk bildirib ki, onun şirkəti indiyədək belə implantları 12 xəstəyə quraşdırıb. Neuralink-in sosial şəbəkə X səhifəsində qeyd olunub ki, ümumilikdə xəstələr implantlardan 2000 gün və 15 000 saatdan artıq istifadə ediblər. Avqustun sonu və sentyabrın əvvəlində isə […]

Faydalı linklər