Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elmi seminarın növbəti iclası keçirildi

22 aprel 2022-ci il saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası (qismən əyani eyni zamanda distant şəkildə) keçirildi. İclasda Atif Akif oğlu Namazovun “Diskret qeyri-xətti dinamik sistemlərə daxil olan parametrlərin təyini üçün proqram təminatinin işlənməsi və tətbiqləri” mövzusunda 1214.01- Dinamik sistemlər və optimal […]

Alim COVID-19 səbəbi ilə insanların sürətlə qocalması barədə xəbərdarlıq etdi

Molekulyar bioloq, Lomonosov adına Moskva Dövlət Universitetinin aparıcı elmi işçisi Maksim Skulaçev COVID-19-un orqanizmin qocalma prosesinə təsirindən danışıb. Bioloq bildirib ki, əgər peyvənd olunmamısınız  və COVID-19-a yoluxmusunuzsa, növbəti on ildə sağlamlıqla bağlı keçirməli olduğunuz bütün problemləri tez bir zamanda  hiss edəcəksiniz.  Bu, müəyyən mənada çox sürətli qocalmağa bənzəyir. Mütəxəssis qeyd edib ki, postkovid sindromu qocalığın gözlənilməz gəlişinə […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

İnstitutun baş direktoru, Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Gündəlikdə duran ilk məsələ şöbələrin 2022-ci ilin birinci rübü üzrə elmi və elmi-təşkilatı fəaliyyəti haqqında məlumatların dinlənilməsi olub. Tədbirdə, AMEA Riyaziyyat və Mexanika İnstitututnun Fəlsəfə doktoru hazırlığı üzrə doktorantların attestasiyası (9 nəfər), fəlsəfə  doktoru (11 nəfər) […]

İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanovun, professor Telman Məlikovun və r.ü.f.d. Samin Məlikin məqaləsi beynəlxalq bazaya daxil olan, Q1 kvartilli jurnalda çap olunmuşdur

Bu günlərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun, baş elmi işçi, fizika riyaziyyat elmləri doktoru, professor Telman Məlikovun və riyaziyyat üzrə fəlsəfə doktoru Samin Məlikin Web of Science bazasına daxil olan “Journal of Computational and Applied Mathematics” jurnalında, “Necessary conditions for the extremum in non-smooth problems of variational […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

15  aprel 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Şərif Məmməd oğlu «Sobolev bərabərsizliklərində optimal sabitlər və onların tətbiqləri» mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Pandemiya şərtlərinə uyğun keçirilən şurada iddiaçı Şərif […]

AMEA-nın müxbir üzvü Vaqif Quliyevin məqaləsi beynəlxalq jurnalda dərc edilib

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində müəllifi olduğu məqalə çap olunub. Məqalə “Clarivate Analytics”in Q2 kateqriyalı, impakt faktoru 1.219-a bərabər olan “Journal of Mathematical Inequalities” jurnalında dərc edilib. “Bircins qruplarda hipoelliptik operatorlar üçün ümumiləşmiş çəkili Sobolev-Morri qiymətləndirmələri” adlı […]

Faydalı linklər