Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Emin Əmrullayev: Elmin populyarlaşdırılması üçün ardıcıl addımlar atılır

“Yusif Məmmədəliyevin elmi irsi kimya sənayesində, elmi-tədqiqat müəssisələrində və ali təhsil proqramlarında geniş şəkildə tətbiq olunur. Bu istiqamətdə aparılan tədqiqatlar innovativ neft-kimya sahələrinin, yüksək oktanlı yanacaqların, sintetik və müasir katalizator sistemlərinin yaradılması üçün mühüm nəzəri baza rolunu oynayır”.“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində akademik Yusif Məmmədəliyevin […]

Nils Henrik Abel: Riyaziyyatın İnkişafında Qısa, Lakin Dərin İz

Nils Henrik Abel: Riyaziyyatın İnkişafında Qısa, Lakin Dərin İz “Abel elə zəngin bir irs qoyub getdi ki, riyaziyyatçılar qarşıdakı yüz əlli il bununla məşğul olacaqlar.”. Çünki Nils Henrik Abelin cəmi iyirmi yeddi illik ömrü riyaziyyat tarixində yüzillik bir iz buraxdı.                                                                                                          Şarl Ermit 1802-ci ildə Norveçin Finqö kəndində anadan olan Abelin uşaqlıq illəri ağır ailə […]

“Azərbaycanda elmi nəşrlərin beynəlxalq elmmetrik meyarlara uyğunlaşdırılması: “Redaktorluq məktəbi” layihəsinin təqdimatı keçirilib

Dekabrın 3-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin “Azərbaycanda elmi nəşrlərin beynəlxalq elmmetrik meyarlara uyğunlaşdırılması: “Redaktorluq məktəbi” layihəsinin təqdimatı keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Musa Mirzəyev, Əmək və Sosial Münasibətlər […]

Bakıda “İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı ilə dekabrın 8-9-da Bakıda, Heydər Əliyev Mərkəzində “İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” mövzusunda beynəlxalq konfrans keçiriləcək. AZƏRTAC xəbər verir ki, ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik və Həmdan Bin Rəşid Əl Məktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid […]

“Akademik tədqiqatların süni intellektlə transformasiyası” vebinarı

Dekabrın 3-də “Akademik tədqiqatların süni intellektlə transformasiyası” mövzusunda vebinar keçiriləcək. Vebinarda akademik araşdırma və elmi məqalə hazırlığı proseslərinin süni intellekt əsaslı alətlər vasitəsilə yenidən formalaşdırılması müzakirə olunacaq. Sessiya çərçivəsində məzmunun inkişafı, akademik üslubun təkmilləşdirilməsi, istinadların idarə edilməsi, orijinallıq analizi və süni intellektdən etik istifadə kimi tədqiqat fəaliyyətinin kritik mərhələlərində tətbiq olunan yeni nəsil həllərin tədqiqatçılara […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin noyabr ayında sonucu nömrəsi çapdan çıxıb. Bu sayın ön səhifəsində “Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlığı genişləndirir” başlıqlı icmal yer alıb. Bugünkü buraxılışın ilk səhifələrində AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin də iştirak etdiyi Azərbaycan nümayəndə heyətinin Daşkənd səfəri, “Azərbaycanın elmi ictimaiyyəti ölkə başçısına minnətdardır” başlıqlı […]

Faydalı linklər