Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

2020|2021-cı tədris ili üçün AMEA Riyaziyyat və Məxanika İnstitutunun magistraturasına qəbul haqqında

Dövlət İmtahan Mərkəzinin 03/Q saylı 17.09.2020-ci il tarixli əmri ilə və  Azərbaycan  Milli  Elmlər  Akademiyası  Prezıdentinin 23.09.2020-ci il tarixli 401 №li  sərəncamına  əsasən İnstitutun  magistraturasına  6 nəfər (əyani) bakalavrlar qəbul olunmuşlar: Əlizadə Bətulə Mahir qızı -89 bal. Riyazi analiz ixtisası üzrə. Hüseynova Rübabə İsmayıl qızı – 72 bal. Diferensial tənlıklər ixtisası üzrə. Gülməmmədova Sahilə Firudin qızı -81 bal. Diferensial […]

AMEA Rəyasət Heyətində Azərbaycanın tarixi zəfəri qeyd edilib

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Dağlıq Qarabağ savaşında Azərbaycanın qələbəsi münasibətilə tədbir keçirilib. AMEA Rəyasət Heyətinin üzvlərinin iştirak etdiyi tədbirdə akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev çıxış edərək Azərbaycanın tarixi zəfəri ilə bağlı hər kəsi təbrik edib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan ordusunun yeni bir tarix yazdığını diqqətə çatdıran AMEA rəhbəri […]

AMEA Rəyasət Heyətinin bəyanatı

2020-ci ilin 10 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Qarabağda hərbi münaqişənin başa çatdığını ehtiva edən birgə bəyanat imzalanmışdır. Faktiki olaraq Ermənistanın kapitulyasiyası mənasını verən bəyanat, heç şübhəsiz ki, istər hərbi, istərsə də siyasi baxımdan Azərbaycan xalqının 30 ildən bəri davam edən […]

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri,  AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyevin və şöbənin aparıcı elmi işçisi, dosent Ömərova Mehriban Nazim qızının 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində məqaləsi çap olunub. Məqalə “Journal of Pseudo-Differential Operators and Applications” (https://www.springer.com/journal/11868) 0.532  impakt faktorlu jurnalda dərc edilib. “VMO əmsallı parabolik tənliyin həllinin Orliç-Morri […]

10 noyabr – Sülh və İnkişaf Naminə Dünya Elm Günüdür

Hər il noyabrın 10-da Sülh və İnkişaf Naminə Dünya Elm Günü qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd elmin cəmiyyətdəki rolunu və geniş ictimaiyyətin elmi məsələlərin müzakirəsində iştirakının vacibliyini, eyni zamanda, elmin gündəlik həyatda əhəmiyyətini və aktuallığını vurğulamaqdır. 2020-ci ildə Sülh və İnkişaf naminə Dünya Elm Günü “Elm pandemiya ilə mübarizədə cəmiyyətin xidmətində” devizi altında […]

Ordunu qüdrətli edən onun bayrağıdır

Artıq 11-ci ildir ki, Azərbaycanda 9 Noyabr – Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bayraq hər bir dövlətin əsas atributu, milli heysiyyət simvolu, müqəddəsliyin, müstəqilliyin nəfəsi, istiqlaliyyətin səsidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Bayraq sevgisi vətən sevgisidir. Bu bir həqiqətdir ki, türk övladı vətənini sevir, millətini sevir, bayrağını […]

Faydalı linklər