Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA Rəyasət Heyəti adından beynəlxalq elmi təşkilatlara müraciət göndərilib

AMEA Rəyasət Heyəti adından sentyabrın 27-dən indiyədək 40-dan çox ölkənin aşağıda göstərilən 70-dən çox elm və təhsil təşkilatına, həmçinin beynəlxalq elmi cəmiyyət və assosiasiyalarına müraciət göndərilib: 1. AASSA-nın İcraçı direktoru professor Yu Han Kim 2. Albaniya Elmlər Akademiyasının prezidenti professor Skënder Gjinushi 3. Atatürk Universitetinin rektoru professor Ömər Çomakli 4. Avstraliya Elmlər Akademiyasının prezidenti professor […]

Koronavirusun daha bir təhlükəsi bəlli olub

Böyük Britaniyanın Kembric Universitetinin alimləri COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən hər 100-cü xəstənin sonradan insult keçirdiyi qənaətinə gəliblər. “International Journal of Stroke” nəşrində işıq üzü görən tədqiqatların nəticəsində qeyd olunub ki, koronavirus insultu tezləşdirir və nəticədə virusa yoluxan şəxslərdə ölüm normal xəstələrə nisbətən iki dəfə çoxdur. 100 mindən çox insanın məlumatlarını analiz edən alimlər onlardan […]

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi müəssisələri xalqımızın haqq mübarizəsində böyük əzmkarlıq nümayiş etdirirlər

Bütün dünya ictimaiyyətinə məlum olduğu kimi, sentyabrın 27-si səhər saat­la­rın­da Er­mənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cüm­lə­dən ağır ar­til­leriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini və hərbi möv­qe­lə­ri­ni atəşə tutub. Düşmənə cavab olaraq, Azərbaycan Res­pub­li­ka­sının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə şanlı Azərbaycan Ordusu tərəfindən bü­tün təmas […]

Azərbaycan döyüşdə olduğu kimi, informasiya cəbhəsində də istəyinə nail olur

Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Prezident İlham Əliyev aparıcı telekanallara və informasiya agentliklərinə ardıcıl müsahibələr verir. Bu məsələdə dövlətimizin başçısı sentyabrın 27-dən – ordumuzun əks-hücum əməliyyatına başlamasından ötən müddətdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədini güdür. Bu, eyni zamanda, ölkə rəhbərinin, həm də təbliğata mühüm önəm verdiyini, bununla da bütün siyasi, diplomatik istiqamətlərdəki uğurları şərtləndirdiyini göstərir. […]

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 18-ci nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun sentyabrın 27-dən oktyabrın 22-dək işğaldan azad etdiyi 143 yaşayış məntəqəsinin adı əksini tapıb. Mətbu orqanın növbəti səhifələrində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin ordumuzun apardığı […]

Beynəlxalq aləm Ermənistanın mülki əhalini qətlə yetirməsi ilə bağlı mövqe nümayiş etdirmir

Ermənistan beynəlxalq ictimaiyyətin gözü qarşısında aralarında qadınlar, uşaqlar, qocalar da olmaqla, mülki əhalini gülləbaran edərək onları qətlə yetirir, evlərini dağıdır. Çox təəssüf ki, beynəlxalq aləm, o cümlədən ATƏT-in Minsk qrupu bu məsələ ilə bağlı obyektiv bir mövqe nümayiş etdirmir. Bunu AMEA-nın  birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, beynəlxalq aləmin belə mövqeyi onun Dağlıq Qarabağ […]

Faydalı linklər