Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Georq Riman — Riyaziyyatın Dahisi və Riman Hipotezinin Müəllifi

Bu gün dünya şöhrətli alman riyaziyyatçısı, mexanik və fiziki, Berlin və Paris Elmlər Akademiyalarının, London Kral Cəmiyyətinin üzvü Georq Rimanın doğum günüdür. Riman 17 sentyabr 1826-cı ildə Almaniyada yoxsul ruhani ailəsində dünyaya gəlmişdir. O, yalnız 14 yaşında məktəbə gedə bilmiş, anası Şarlotta Ebbel Riman hələ məktəbdə oxuyarkən vərəm xəstəliyindən vəfat etmişdi. Onun riyazi qabiliyyəti gənc […]

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri elan olunub. Müsabiqəyə 54-ü (3%) “Ümumi təhsil müəssisələri”, 1 498-i (97%) isə “Fərdi layihələr” kateqoriyası üzrə olmaqla ümumilikdə 1 552 layihə təqdim edilib. Müsabiqəyə təqdim edilən layihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə 1 516 (98%) layihə “Məzmun ekspertizası” mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr ekspert qrupu […]

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı, Heydər Əliyev Fondunun müvafiq istiqamətdə həyata keçirdiyi layihələr nəticəsində son illər Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla […]

Neuralink-in beyin çipləri artıq 12 nəfərə implantasiya edilib

Bu ilin iyun ayına olan vəziyyətə görə, cəmi 7 nəfərdə Neuralink beyin implantı mövcud idi və onların hamısı ABŞ ərazisində yerləşirdi. Bu həftə Elon Musk bildirib ki, onun şirkəti indiyədək belə implantları 12 xəstəyə quraşdırıb. Neuralink-in sosial şəbəkə X səhifəsində qeyd olunub ki, ümumilikdə xəstələr implantlardan 2000 gün və 15 000 saatdan artıq istifadə ediblər. Avqustun sonu və sentyabrın əvvəlində isə […]

Elm və təhsil naziri media üçün brifinq keçirib

Sentyabrın 11-də elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinq keçirib.Brifinqdə təqdimatla çıxış edən Emin Əmrullayev aşağıdakı məsələləri xüsusi olaraq qeyd edib: 2025-2026-cı tədris ilində ümumilikdə 2.2 mln təhsilalanın təhsil alacağı proqnozlaşdırılır.2025-2026-cı tədris ilində 130 mindən çox şagird birinci sinifdə təhsil alacaq.Məktəbəqədər təhsildə əhatəlilik ölkə təhsilinin uzunmüddətli dövrdə daha yaxşı olmasına təsir edən ən […]

Riyaziyyat və Mexanika İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə ixtisas imtahanları keçirilib

11 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ixtisas fənnindən qəbul imtahanları təşkil olunub. İmtahanların keçirilməsi məqsədilə institutun baş direktorunun əmrinə əsasən müvafiq ixtisaslar üzrə qəbul komissiyaları yaradılıb. Komissiyalara RMİ-nun baş direktoru,AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov sədrlik edib. İmtahanlar aşağıdakı ixtisaslar üzrə […]

Faydalı linklər