08/09/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə 3–6 sentyabr 2025-ci il tarixlərində keçirilən “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” adlı XII Beynəlxalq Elmi Konfrans çərçivəsində ölkəmizə təşrif buyurmuş nüfuzlu alimlər institutun əməkdaşlarına və media nümayəndələrinə müsahibələr veriblər. Müsahibələr zamanı konfrans iştirakçıları Azərbaycanda elmin inkişafı, beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi, elmi tədbirlərin təşkil […]
07/09/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi konfrans çərçivəsində iştirak edən yerli və xarici alimlər üçün paytaxtın tarixi-mədəni məkanlarına ekskursiya təşkil olunub. Konfrans iştirakçıları Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini yaxından tanımaq məqsədilə Atəşgah məbəd kompleksi, Yanar dağ və Şəhidlər Xiyabanını ziyarət ediblər. Ekskursiya zamanı alimlərə […]
05/09/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda keçirilən “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda XII Beynəlxalq Elmi konfrans öz işini uğurla başa çatdırıb. Tədbirin bağlanış mərasimində çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov konfransın həm elmi, həm də təşkilatı baxımdan yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. […]
05/09/2025
5 sentyabr 2025-ci il tarixində keçirilən plenar sessiya çərçivəsində riyaziyyat və mexanika sahəsində mühüm elmi məruzələr təqdim olundu, eləcə də əhəmiyyətli müzakirələr aparıldı. Sessiyaya professorlar Yalçın Əfəndiyev və Türkər Özsarı sədrlik edirdilər. Plenar sessiyada Riyaziyyat və Mexanika İnstitutunun professoru Vüqar İsmayılov “Uniform approximation by a sum of two algebras”, Litvadan dəvət olunmuş alim Konstatinas Pileckas […]
04/09/2025
04 sentyabr 2025-ci il tarixində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” XII Beynəlxalq Elmi Konfransı çərçivəsində azərbaycanlı və xarici alimlərin iştirakı ilə keçirilən plenar sessiyada riyaziyyat və tətbiqi elmlər sahəsində mühüm elmi məsələlər müzakirə olunub. Sessiyaya sədrlik professorlar Varga Kalantarov və Azər Əhmədov tərəfindən həyata keçirilib. Plenar sessiya çərçivəsində dünyanın aparıcı elmi mərkəzlərini təmsil edən nüfuzlu […]
04/09/2025
2025-ci il sentyabrın 3-də Bakıda ənənəvi olaraq keçirilən “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda XII Beynəlxalq Elmi Konfrans çərçivəsində Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov TV1 televiziya kanalına müsahibə verib. Professor müsahibədə konfransın əhəmiyyəti, qarşıya qoyulan məqsədlər, eləcə də beynəlxalq elmi əməkdaşlığın perspektivləri barədə ətraflı məlumat verib Misir Mərdanov bildirib […]