21/06/2019
Azərbaycan Milli Elmlər Akademiyası və Fransanın Monpelye Universiteti arasında imzalanmış Əməkdaşlıq haqqında Çərçivə Sazişi əsasında birgə doktorantura proqramı elan olunur. Namizədlər eyni zamanda həm AMEA, həm də Monpelye Universitetinin doktorantı kimi qeydiyyatdan keçiriləcək və hər iki təşkilatdan elmi rəhbərlə təmin ediləcək. Proqramın şərtlərinə görə, doktorantlar təhsil müddətinin 2 ilini Monpelye Universitetində və 1 ilini AMEA-da […]
19/06/2019
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Xasay İbrahim oğlu Musayevin 90 yaşı tamam olur. Əziz və hörmətli Xasay müəllim! Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun kollektivi və şəxsən öz adımdan Sizi anadan olmanızın 90-illiyi münasibəti ilə ürəkdən təbrik edirəm. Siz deformasiya olunan […]
19/06/2019
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılsın: […]
18/06/2019
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. O, şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. İclasda 14 iyun 2019-cu il tarixli “Elm” qəzetində dərc olunan elana əsasən AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsinə namizədin irəli sürülməsi məsələsinə baxılıb. Səsvermə yolu […]
18/06/2019
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondu AMEA-da işləyən alimlərə əlavə yaradıcılıq imkanları yaratmaq, fundamental və tətbiqi xarakterli elmi tədqiqat işləri, neft, qaz və neft-kimya sənayesi ilə bağlı innovativ elmi araşdırmaları daha da inkişaf etdirmək məqsədilə 6 may 2019-cu il tarixində müsabiqə elan edib və 4 iyun 2019-cu il tarixində layihələrin qəbulu başa çatıb. […]
19.06.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında Bolqarıstan Riyaziyyat və İnformatika İnstitutunun akademiki Blaqovest Xrista Sendov «Kompleks çoxhədlilər üçün ekstremal məsələlər» mövzusunda məruzə edəcəkdir. Məruzə kompleks çoxhədlilər üçün ekstremal məsələlərin həllərinin araşdırılmasına həsr olunacaq. Bunun üçün ilk əvvəl çoxhədlinin apolyarlıq anlayışından və klassik Qreys teremindən istifadə edilərək, çoxhədlinin lokusu anlayışı daxil edilir. Lokusların bir sıra xassələri […]