Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Magistrlik dissertasiyalarının müdafiəsi keçiriləcək

11 iyun 2019-cu il saat 10:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda II kurs magistrantların 060501– “Riyaziyyat” ixtisasının 4 ixtisaslaşması üzrə magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın iclası keçiriləcək. İclasda AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin rəhbərliyi ilə “Riyazi analiz” ixtisaslaşması üzrə magistrant Fidan Asif qızı Əlizadənin “Heyzenberq qruplarında təyin olunmuş maksimal və kəsr maksimal operatorların […]

E L A N

12 iyun 2019-cu il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Diferensial tənliklər” şöbəsinin əməkdaşı prof. Aslanova Nigar Məhər qızı “Spektral parametr həm tənliyə, həm də sərhəd şərtinə daxil olan spektral məsələ haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə ikinci tərtib operator diferensial tənlik üçün spektral parametrin rasional funksiyası sərhəd şərtinə daxil olan məsələdən danışılacaqdır. Bu tip məsələlərlə bağlı […]

Akademik Mirabbas Qasımovun 80 illik yubileyi qeyd olunub

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda görkəmli riyaziyyatçı alim, akademik Mirabbas Qasımovun 80 illiyinə həsr olunan “Spektral nəzəriyyə və onun tətbiqləri” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb. Tədbir AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat kafedrası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Ümumi və tətbiqi riyaziyyat kafedrası və Xəzər Universitetinin Riyaziyyat […]

İnstitutun magistrantlarının sessiya imtahanlarına start verilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun magistrantlarının yay imtahan sessiyasına start verilib. “Yüksək tərtibli xətti tənliklər üçün sərhəd məsələləri”, “Cisimdə mayenin axıdılması” fənnlərindən keçirilən imtahanda “Riyazi analiz”, “Riyazi fizika” və “Maye, qaz və plazma mexanikası” ixtisasları üzrə təhsil alan 3 magistrant iştirak edib. Qeyd edək ki, AMEA prezidenti, akademik Akif Əlizadənin 7 may 2019-cu […]

Akademik Mirabbas Qasımovun 80 illiyinə həsr olunan beynəlxalq seminar keçiriləcək

7-8 iyun 2019-cu il tarixlərində Bakı şəhərində görkəmli riyaziyyatçı alim, akademik Mirabbas Qasımovun 80 illiyinə həsr olunan “Spektral nəzəriyyə və onun tətbiqləri” mövzusunda beynəlxalq seminar keçiriləcək. Tədbir AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat kafedrası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Ümumi və tətbiqi riyaziyyat kafedrası və Xəzər Universitetinin Riyaziyyat kafedrasının birgə […]

“Marsinkeviç inteqral operatorun ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin dissertantı Afaq Fərhad qızı İsmayılova “Marsinkeviç inteqral operatorun ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu” mövzusunda məruzə edib. Məruzədə Marsinkeviç inteqral operatorun ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu məsələsi müzakirə olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

Faydalı linklər