Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Elnur Həsən oğlu Xəlilov “Proyeksiya–şəbəkə üsulları ilə bəzi sinif səth üzrə inteqral tənliklərin həllinin tədqiqi” mövzusunda məruzə edib. Məruzədə səth üzrə bəzi sinif […]
17/05/2019
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının II mərhələsi mayın 26-da keçiriləcək. Ölkənin ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar (68, 69 və 70 nömrəli qəbul proqramlarını seçənlər istisna olmaqla) “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır. Mənbə: www.elm.az
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda riyaziyyat üzrə elmlər doktoru, dosent Şakir Yusubov “Optimal idarəetmə nəzəriyyəsində Pontryaginin maksimum prinsipinin bəzi ümumiləşmələri” mövzusunda məruzə edib. Məruzədə Pontryaginin məlum maksimum prinsipinin gücləndirilməsi və ümumiləşməsi istiqamətində bəzi nəticələr şərh olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda şöbənin baş elmi işçisi f-r.e.d, professor Tahir Hacıyev “Kəsilən əmsallı tənliklərin qeyri-hamar oblastlarda həllərinin requlyarlığı” mövzusunda çıxış edib. Məruzədə müntəzəm elliptik xətti tənliklərin həllərinin qeyri-hamar oblastlarda hamarlığı xassələrindən danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
16/05/2019
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Alik Nəcəfovun və riyaziyyat üzrə fəlsəfə doktoru Rəna Kərbəlayevanın həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Georgian Mathematical Journal” 0.482 impakt faktorlu jurnalda dərc edilib. “Çoxdəstə dəyişənli Besov-Morri fəzalarında daxilolma teoremləri” adlı məqalədə çoxdəstə dəyişənli Besov-Morri […]
16/05/2019
17.05.2019 – cu il tarıxındə saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Elnur Həsən oğlu Xəlilov “Proyeksiya – şəbəkə üsulları ilə bəzi sinif səth üzrə inteqral tənliklərin həllinin tədqiqi” mövzusunda məruzə edəcəkdir. Məruzədə səth üzrə […]