Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

15 may 2019-cu il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Diferensial tənliklər” şöbəsinin əməkdaşı prof. Xanməmmədov Aqil Xanməmməd oğlu “Əlavə xətti potensiala malik olan Şredinger tənliyi üçün səpilmənin tərs məsələsi haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzə əlavə xətti potensiala malik olan birölçülü Şredinger tənliyi üçün Qelfand-Levitan formalizminə həsr olunmuşdur. Mənfi sonsuzluqda şərt ödəyən çevirmə operatoru qurulmuşdur. (–∞, […]

AMEA-nın prezidenti İxtisaslaşdırılmış magistr dissertasiya müdafiə şuralarının sədrləri ilə görüşüb

Mayın 10-da AMEA-nın prezidenti, akademik Akif Əlizadə İxtisaslaşdırılmış magistr dissertasiya müdafiə şuralarının sədrləri ilə görüş keçirib. AMEA-nın Əsas binasında baş tutan tədbiri giriş sözü ilə akademik Akif Əlizadə açıb. Alim görüşün ümummilli lider Heydər Əliyevin doğum gününə təsadüf etdiyini bildirərək ulu öndərin elm və təhsilin inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb. Qeyd edib ki, […]

E L A N

16 may 2019-cu il tarixində  AMEA Riyaziyyat və Mexanika İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantlar üçün 1202.01 – Analiz və funksional analiz, 2002.01 -Deformasiya olunan bərk cism mexanikasi ixtisaslarında doktorluq imtahanları keçiriləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

10.05.2019-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin baş elmi işçisi, r.e.d., dos. Elman İbrahimovun “Qeqenbauer diferensial operatorunun doğurduğu Riss potensialının ümumiləşmiş Morri fəzalarında məhdudluğu” mövzusunda məruzəsinin davamı olacaqdır. Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu Riss potensialının ümumiləşmiş Morri fəzalarında məhdudluğu müzakirə olunacaq. © Bütün hüquqlar […]

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev və həmin müəssisənin “Riyazi analiz” şöbəsinin dosenti Zaman Səfərovun 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifləri olduqları məqalə çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Integral Transforms and Special Functions” 0.828 yüksək impakt faktorlu jurnalda dərc edilib. “Karnot […]

E L A N

13 may 2019-cu ildə saat 11:00-da Riyaziyyat və Mexanika İnstitutunun akt zalında institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Nüfuzlu jurnallara elmi məqalə hazırlamağın yolları” mövzusunda məruzə edəcəkdir. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər