Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin büro iclası keçirilib

Mayın 7-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) büro iclası keçirilib. Fizika İnstitutunda baş tutan tədbirdə bölmənin akademik-katibi, akademik Nazim Məmmədov, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyatı məsələlər üzrə dəvət olunmuş qonaqlar iştirak ediblər. İclası akademik N.Məmmədov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Daha sonra bir sıra elmi-təşkilati məsələlərə […]

“Heydər Əliyev, zaman və müasirlik” mövzusunda elmi sessiya keçiriləcək

8 may 2019-cu il tarixində saat 11:00-da AMEA Rəyasət Heyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Heydər Əliyev, zaman və müasirlik” mövzusunda elmi sessiya keçiriləcək. Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30 Mənbə: www.elm.az

SOCAR-ın Elm Fondunun elmi tədqiqat, innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə qrant müsabiqəsinin keçirilməsi haqqında elan

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondu dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və innovasiya yönümlü elmi tədqiqat layihələrini və digər elmi tədbirləri dəstəkləmək, AMEA-da neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi, texnoloji  problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini stimullaşdırmaq, onlara əlavə yaradıcılıq imkanlarını yaratmaq məqsədilə […]

“Qeqenbauer diferensial operatorunun doğurduğu Riss potensialının ümumiləşmiş Morri fəzalarında məhdudluğu” mövzusunda seminar keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin baş elmi işçisi, r.e.d., dos. Elman İbrahimov “Qeqenbauer diferensial operatorunun doğurduğu Riss potensialının ümumiləşmiş Morri fəzalarında məhdudluğu” mövzusunda məruzə edib. Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu Riss potensialının ümumiləşmiş Morri fəzalarında məhdudluğu müzakirə edilib. © […]

“Parametrlər və başlanğıc şərtlər haqqında natamam informasiya şəraitində hissə-hissə sabit funksiyalar sinfində toplanmış parametrli sistemlərin optimal idarə edilməsi” mövzusunda seminar keçirilib

Bu gün «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. AMEA İdarəetmə İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d., dos. Anar Rəhimov “Parametrlər və başlanğıc şərtlər haqqında natamam informasiya şəraitində hissə-hissə sabit funksiyalar sinfində toplanmış parametrli sistemlərin optimal idarə edilməsi” mövzusunda çıxış edib. Məruzədə obyektin parametrləri və başlanğıc şərtlərin qiymətləri haqqında ilkin natamam informasiya şəraitində hissə-hissə sabit idarəedici funksiyalar […]

“Qeyri-xətti dissipasiyalı hiperbolik tənliklər üçün qoşma akustik şərtli qarışıq məsələlər” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin dosenti Sevda İsayeva “Qeyri-xətti dissipasiyalı hiperbolik tənliklər üçün qoşma akustik şərtli qarışıq məsələlər” adlı məruzə ilə çıxış edib. Məruzədə bu sahədə olan əsas nəticələr haqqında məlumat verilib və qeyri-xətti dissipasiyalı qeyri-xətti hiperbolik tənliklər üçün qoşma akustik şərtli qarışıq məsələlərin həllərinin […]

Faydalı linklər