22/04/2019
Ötən il iyulun 11-13-də Bakıda keçirilmiş VI Beynəlxalq “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” (COIA-2018) konfransının əsərləri dünyanın ən böyük elmi-analitik informasiya bazalarından olan “Clarivate Analytics”in saytında (keçmiş “Tomson Reyter” agentliyi) yerləşdirilib. Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə baş tutmuşdu. Konfransın əsərlərindən ibarət kitabdakı […]
24.04.2019-cu il saat 10:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında BDU-nun professoru Elmağa Ağaqasım oğlu Qasımov “Sonlu inteqral çevirməsi üsulu və onun tətbiqləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə müəllifə aid olan sonlu inteqral çevirməsi üsulunun hiperbolik tənlik üçün verilmiş qeyri-requlyar sərhəd şərtli qarışıq məsələnin həll olunmasına tətbiqi müzakirə ediləcəkdir. Belə ki, məsələnin həlli üçün əvvəlcə […]
22/04/2019
Aprelin 19-da Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun akademiyanın magistrantları ilə görüşü keçirilib. AMEA-nın Əsas binasında baş tutan görüşdə, həmçinin idarənin rəis müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev və digər aidiyyatı əməkdaşlar iştirak ediblər. Tədbirdə […]
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev “Bircins tipli fəzalarda kəsr maksimal operator və onun kommutatorunun Orliç fəzalarında xarakterizasiyası” mövzusunda məruzə edib. Məruzədə bircins tipli fəzalarda kəsr maksimal operator və onun kommutatorunun Orliç fəzalarında […]
Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “İnteqral daxilolma üçün ekstremal məsələ” mövzusunda məruzə edib. İşdə inteqral daxilolmanın həllinin həyacanlanmadan kəsilməz asılılığı məsələsi öyrənilib və inteqral daxilolma üçün ekstremal məsələ tədqiq olunub. Volter, Fredholm və Qammerşteyn tip inteqral daxilolma üçün ekstremal məsələ […]
19.04.2019-cu il tarixində, saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Bircins tipli fəzalarda kəsr maksimal operator və onun kommutatorunun Orliç fəzalarında xarakterizasiyası” mövzusunda məruzə edəcəkdir. Məruzədə bircins tipli fəzalarda kəsr maksimal operator və onun kommutatorunun Orliç fəzalarında […]