Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycanda elmi-tədqiqat qrupları yaradılacaq

“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycanda elmi-tədqiqat qrupları yaradılacaq və elmi araşdırma proqramları hazırlanacaq. Elmi-tədqiqat qrupları beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində yerli və əcnəbi professor-müəllim heyətinin, istedadlı tələbələrin elmi araşdırmalarda birgə iştirakını nəzərdə tutur. Müvafiq Dövlət Proqramında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, […]

İslam İnkişaf Bankı 2019-2020-ci tədris ili üçün təqaüd proqramı elan edir

İslam İnkişaf Bankı (İİB) 2019-2020-ci tədris ili üçün təlim, təhsil və tədqiqat üzrə təqaüd proqramları elan edib. Proqrama əsasən, peşə təhsili, bakalavriat, magistratura, doktorantura və doktorantura sonrası tədqiqat səviyyələri üzrə təqaüdlər təklif olunur. Təqaüd proqramının tədris dili ingilis dilidir. Təhsil haqqı, yaşayış xərcləri, tibbi sığorta və gediş-gəliş bileti İslam İnkişaf Bankı tərəfindən ödəniləcək. Müsabiqədə iştirak […]

E L A N

23.01.2019-cu il tarixində saat 12.00-da “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə elmi seminarı keçiriləcək. Seminarda AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin kiçik elmi işçisi Rəcəb İsmayıllı “Anizotrop Günəş küləyi plazmasında maqnithidrodinamik Kelvin-Helmholtz tipli dayanaqsızlıq” adlı məruzə ilə çıxış edəcəkdir. Məruzədə Anizotrop Günəş küləyi plazmasında Kelvin-Helmholtz dayanaqsızlığı halında […]

Riyaziyyat və Mexanika İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 2018/2019 tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib. İmtahanda analiz və funksional analiz, diferensial tənliklər, riyazi fizika tənlikləri, dinamik sistemlər və optimal idarəetmə ixtisasları üzrə 4 nəfər iştirak edib. Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün institutda imtahan komissiyası yaradılıb. Komissiyanın sədri institutun direktoru, AMEA-nın […]

Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə institutun “Təhsil” şöbəsinin müdiri, r.e.d., professor Ədalət Axundov açaraq 1990-cı ildə baş vermiş hadisələri tədbir iştirakçıları ilə bölüşüb. O, çıxışında həmin qanlı gecənin milli iradəmizin şanlı-şərəfli bir salnaməsi, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər […]

Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunu optimallaşdırmaq və idarə edilməsini təkmilləşdirmək məqsədilə qərara alıram:  1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv edilsin və onun funksiyaları Nazirliyin Aparatına verilsin. 2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında […]