Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Qeyri-hamar sərhədlərdə Lay potensialları ” mövzusunda seminar keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda Azərbaycan Texniki Universitetinin Riyaziyyat kafedrasının dosenti Oqtay Qiyas oğlu Əzizov “Qeyri-hamar sərhədlərdə Lay potensialları” mövzusunda məruzə edib. Məruzə qeyri-hamar sərhədli oblastların qapanmasında sadə və ikiqat lay potensiallarının Hölder siniflərində kəsilməzliyinə həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

“Elm” qəzetinin növbəti sayında maraqlı məqalələr yer alıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı 6 aprel 2018-ci il tarixində işıq üzü görüb. Qəzetdə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələri, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 11 aprel prezident seçkiləri ilə bağlı toplantı, Geologiya və Geofizika İnstitunun Elmi Şurasının iclası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi […]

Həsən bəy Zərdabinin təhsildən sonrakı həyatının ilk dövrü

Təhsilini başa vuran Həsən bəyə orada qalmaq təklif edilsə də, o, Vətənə qayıtmış, əvvəlcə Tiflis “mejevoya palata” idarəsinin 8-ci mejevoy komissiyasında çalışmış, sonra Qubada məhkəmə katibi vəzifəsində işləmişdir. O, 1868-ci ildə işdən azad olunmuş, 4 ay işsiz qalmış, sonra 1869-cu ilin noyabrın 18-də Qafqaz Tədris Dairəsinin pepeçitelinin əmri ilə Bakı realnı gimnaziyasına təbiyyat tarixi müəllimi […]

“Sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi və diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması” mövzusunda seminar keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi və diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması” mövzusunda məruzə edib. Məruzədə sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi, güclü ekstremum üçün ikinci tərtib zəruri şərtin alınması, […]

Kanadalı riyaziyyatçı alim nüfuzlu Abel mükafatına layiq görülüb

Bu il “Riyaziyyatçılar üçün Nobel mükafatı” adlandırılan nüfuzlu Abel mükafatına kanadalı riyaziyyatçı, ədədlər nəzəriyyəsi və həndəsəylə bağlı Lenqlends proqramının müəllifi Robert Lenqlends (Robert Langlands) layiq görülüb. Qeyd edək ki, R.Lenqlends ABŞ-ın Prinston Universitetinin Perspektivli Tədqiqatlar İnstitutunun fəxri professorudur. Alim tərəfindən 1967-ci ildə həyata keçirilən tədqiqat işlərinin mahiyyəti ədədlər nəzəriyyəsi və riyaziyyat elminin iki ayrı sahəsi […]

E L A N

06.04.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda Azərbaycan Texniki Universitetinin Riyaziyyat kafedrasının dosentı Oqtay Qiyas oglu Əzizov “Qeyri-hamar sərhədlərdə Lay potensialları” mövzusunda məruzə edəcəkdir. Məruzə qeyri-hamar sərhədli oblastların qapanmasında sadə və ikiqat lay potensiallarının Hölder siniflərində kəsilməzliyinə həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər