Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Qeyri-xətti dissipasiyalı hiperbolik tənliklər üçün qoşma akustik şərtli qarışıq məsələlər” mövzusunda seminar keçirilib

AMEA-nın Riyziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin dosenti Sevda İsayeva “Qeyri-xətti dissipasiyalı hiperbolik tənliklər üçün qoşma akustik şərtli qarışıq məsələlər” adlı məruzə ilə çıxış edib. Məruzədə bu sahədə olan əsas nəticələr haqqında məlumat verilib və qeyri-xətti dissipasiyalı qeyri-xətti hiperbolik tənliklər üçün qoşma akustik şərtli qarışıq məsələlərin həllərinin […]

E L A N

15.03.2019 tarıxındə saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “BMO əmsallı diverqent olmayan elliptik tənliklərin həllərinin qlobal requlyarlığı” mövzusunda məruzə edəcəkdir. Məruzədə BMO əmsallı diverqent olmayan elliptik tənliklərin həllərinin qlobal requlyarlığı haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. […]

“İqtisadi tədqiqatlarda riyazi üsullardan istifadənin yuxarı həddi” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “İqtisadi tədqiqatlarda riyazi üsullardan istifadənin yuxarı həddi” mövzusunda Ümuminstitut seminarı keçirilib. Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq seminarın ölkə başçısının “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən baş tutduğunu qeyd edib. Alim, həmçinin bildirib ki, mart ayının 14-ü riyaziyyatçıların […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarının tibbi müayinəsi keçirilib

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə 2019-cu ilin fevralın 12-dən mayın 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə, bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə institut əməkdaşlarının tibbi müayinəsi keçirilib. Qeyd edək ki, tibbi müayinələr Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 16, 19 saylı poliklinikası və Bakı […]

Elmi şuranın  iclası keçiriləcək

13.03.2019-cu il tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçiriləcək. İclasda aşağıdakı məsələlərə baxılacaq: 1. AMEA-nın strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması haqqında (AMEA Prezidentinin 30 yanvar 2019-cu il tarixli 52 saylı Sərəncamı); 2. I və II kurs magistrlərin 2018/2019 tədris ilinin payız semestri və qış imtahan […]

E L A N

13 mart 2019-cu il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin dosenti Sevda İsayeva “Qeyri-xətti dissipasiyalı hiperbolik tənliklər üçün qoşma akustik şərtli qarışıq məsələlər” mövzusunda çıxış edəcəkdir. Məruzədə bu sahədə olan əsas nəticələr haqqında məlumat veriləcək və qeyri-xətti dissipasiyalı qeyri-xətti hiperbolik tənliklər üçün qoşma akustik şərtli qarışıq məsələlərin həllərinin […]

Faydalı linklər