13.03.2019-cu il saat 10:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat institutunun direktoru, iqtisadiyyat üzrə elmlər doktoru, professor Nazim İmanov “İqtisadi tədqiqatlarda riyazi üsullardan istifadənin yuxarı həddi” mövzusunda məruzə edəcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
11/03/2019
Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Elm Günü təsis edilib. Həmin Sərəncamda hər il 27 mart tarixində bu əlamətdar günün qeyd edilməsi qərara alınıb. 2019-cu ildə ölkədə ilk dəfə olaraq Elm Gününün yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Tədbirlər Planı qəbul […]
11/03/2019
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları ilə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları arasında “Anizotrop Günəş küləyi modeli üçün maqnitohidrodinamik köçürmə tənliklərinin bəzi həlləri”, “Maqnit sahəsi effektləri nəzərə alınmaqla diferensial fırlanan Günəşin aşağıtezlikli məxsusi rəqsləri” və “MHD Kelvin-Helmholtz instability in the anisotropic solar wind plasma” məsələlərinin modelinin qurularaq alınan qeyri-xətti tənliklərin həll edilməsi üçün […]
11/03/2019
Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə 2019-cu ilin fevralın 12-dən mayın 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə, 13 mart 2019-cu il tarixində saat 10:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə institutun 6-cı mərtəbəsində əməkdaşların tibbi müayinəsi keçiriləcək. Qeyd edək ki, tibbi müayinələr Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə […]
07/03/2019
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. O, xanım əməkdaşları bayram münasibəti ilə təbrik edərək onlara könül xoşluğu, möhkəm can sağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzu […]
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçirilib. Şöbənin genişləndirilmiş seminarında Kazan (Privoljski) Federal Universitetinin dosenti Linar Salıxzanoviç Sabitov 01.02.04 – deformasiya olunan bərk cism mexanikası ixtisasında fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almaq üçün yerinə yetirdiyi “Nazikdivarlı çubuq-örtüklərin gərginlik-deformasiya vəziyyəti” adlı dissertasiya işini məruzə edib. […]