Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elmin populyarlaşdırılması sahəsində ilin ən yaxşı alimləri

AMEA prezidentinin 10 iyul 2017-ci il tarixli 444 nömrəli sərəncamı ilə elmi bilikləri və nailiyyətləri, yeni elmi istiqamətləri təbliğ etmək, Azərbaycan elmində baş verən yeniliklərlə və əldə olunan elmi nəticələrlə ictimaiyyəti tanış etmək, cəmiyyətdə elmin və alimin nüfuzunu qaldırmaq, eləcə də elmin populyarlaşdırılması istiqamətində alimlərin əməyini stimullaşdırmaq məqsədi ilə Elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə […]

E L A N

28.02.2018-ci il saat 10:00-da növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi və diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması” mövzusunda məruzə edəcək. Məruzədə aşağıdakılar şərh olunacaq: Sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi. Güclü ekstremum üçün ikinci […]

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, tələbələrin və şagirdlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qərara alıram: 1. Doktorantlar, ali təhsil, orta […]

E L A N

28.02.2018-ci il tarixində saat 14:00 da “Tətbiqi riyaziyyat” şöbəsinin  seminarı keçiriləcəkdir. Seminarda “Tətbiqi riyaziyyat” şöbəsinin müdiri, f.r.e.d., prof. Qabil Qəribxan oğlu Əliyev “Kvant-mexanika effektləri nəzərə alınmaqla özlü mayenin nano-hidrodinamikası” mövzusunda çıxış edəcəkdir. Baxılan məsələdə kvant mexanika effektlərinin özlü mayenin hərəkətinə təsiri müzakirə olunacaqdır. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

Riyaziyyat və Mexanika İnstitutunda Xocalı soyqırımının 26-cı ildönümü anıldı

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Xocalı soyqırımının 26-cı ildönümü anıldı. Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov mənfur ermənilərin qəddarlığından, o cümlədən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdikləri dəhşətli qırğınlardan danışdı: “Hücumdan əvvəl, fevralın 25-i axşam […]

“Multixətti sinqulyar və kəsr inteqral operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu” mövzusunda seminar keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin böyük elmi işçisi, r.ü.f.d Ömərova Mehriban Nazım qızı “Multixətti sinqulyar və kəsr inteqral operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu” mövzusunda məruzəsinin davamı olub. Məruzədə multixətti sinqulyar və kəsr inteqral operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu haqqında danışılıb. Həmçinin ümumiləşmiş […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər