06/02/2019
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. O, şura üzvlərini AMEA Prezidentinin AMEA-nın strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət proqramı” nın icrası haqqında […]
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, AMEA-nın professoru Rövşən Bəndəliyev “Hausdorf operatorunun çəkili Lebeq fəzalarında məhdudluğu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Hausdorf operatorunun müxtəlif Lebeq tipli fəzalarda məhdudluğu müzakirə edilib. Xüsusi halda bəzi klassik inteqral operatorların məhdudluğu üçün çəki funksiyaları üzərinə müəyyən […]
07.02.2019-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d., dos. Anar Rəhimov “ Qeyri-lokal şərtlərlə verilmiş tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda məruzə edəcəkdir. Məruzədə qeyri-lokal başlanğıc və sərhəd şərtləri ilə parabolik tip tənlik üçün iki tərs mənbə məsələlərinə baxılacaq. Tərs məsələlərin düz […]
05/02/2019
AMEA Rəyasət Heyətinin 03 oktyabr 2018-ci il tarixli 14/3 nömrəli qərarına əsasən AMEA “Xızı” Kənd Təsərüfatı İstehsalat Kompleksinin istifadəsində olan Xızı rayonu Yarımca kəndi yaxınlığında yerləşən torpaq sahəsindən 10 sot müvəqqəti istifadə etmək üçün tam ştat vahidi ilə 5 ildən artıq əmək stajı olan əməkdaşa sosial vəziyyətinin yaxşılaşdırılması və isti aylarda ailəsinin istirahətinin təşkil edilməsi […]
05/02/2019
ADA Universitetində keçirilən “Akademik Mükəmməllik Günü”ndə yeni təqaüd təsis edildi. Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutundakı ixtisaslar üzrə təhsil alan əlaçı tələbələr bundan sonra Lütfi Zadə adına təqaüd qazana biləcəklər. Bu təqaüd ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin təşəbbüsü ilə təsis olunub. Təqaüd fevralın 4-də dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin ixtiraçısı Lütfi Zadənin […]
05/02/2019
Fevralın 4-də AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyanın elmi müəssisə və təşkilatlarının gənc alimləri, doktorant və magistrantları ilə görüşüb. Mərkəzi Elmi Kitabxanada baş tutan görüşdə, həmçinin Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, Gənc Alim və Mütəxəssislər Şurasının […]