09/01/2019
Yanvar ayının 17-də saat 11:00-da AMEA Rəyasət Heyətində Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçiriləcək. Ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi, 30 Mənbə: www.science.az
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarında Xəzər Universitetinin “Riyaziyyat” kafedrasının professoru Nazim Kərimov “Bir sərhəd məsələsi üçün spektral ayrılışların yığılması” mövzusunda məruzə edib. Məruzədə göstərilən tip spektral ayrılışların Lp və C fəzalarında yığılması şərtləri müzakirə edilib. Əlavə >> © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
09/01/2019
Avropa Tədqiqat Şurası (European Research Council, ERC) tədqiqatçılar üçün müxtəlif elm sahələrində yeni imkanlar və istiqamətləri müəyyənləşdirməyə imkan verən qrantlar təqdim edir. ERC-nin məqsədi rəqabətli maliyyələşdirmə yolu ilə Avropada keyfiyyətli tədqiqatları təşviq etmək və elmi mükəmməllik əsasında bütün sahələr üzrə tədqiqatçıların apardıqları elmi araşdırmaları dəstəkləməkdir. Qeyd edək ki, ERC Avropadakı digər milli tədqiqat maliyyə qurumlarını […]
08/01/2019
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. O, şura üzvlərini AMEA-nın 23 noyabr 2018-ci il tarixli 733 nömrəli “İş vaxtının uçotunun aparılmasının təmin edilməsi” haqqında Sərəncamı və AMEA Rəyasət Heyətinin 14 dekabr 2018-ci il tarixli 17/3 nömrəli “AMEA-nın mühüm elmi nailiyyətləri […]
08/01/2019
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Əliyevin “XVII əsr Azərbaycan əlyazma kitabı” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Əsər XVII əsrdə köçürülmüş Azərbaycan əlyazma kitablarının paleoqrafik və mətnşünaslıq məsələlərinin araşdırılmasına həsr edilib. Monoqrafiyada minillik kitab tariximizin ayrı-ayrı tarixi mərhələləri müqayisəli şəkildə […]
09.01.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında Xəzər Universitetinin “Riyaziyyat” kafedrasının professoru Nazim Kərimov “Bir sərhəd məsələsi üçün spektral ayrılışların yığılması haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə göstərilən tip spektral ayrılışların Lp və C fəzalarında yığılması şərtləri müzakirə ediləcəkdir. Əlavə >> © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.