24/12/2018
08 yanvar 2019-ci il saat 11:00-da Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarının işə davamiyyəti ilə bağlı akt zalında Elmi şuranın genişləndirilmiş iclası keçiriləcək. İclasda: 1. Elmi şura üzvlərinin; 2. Şöbə müdirlərinin; 3. Həmkarlar komitəsinin üzvlərinin; 4. Baş mühasib, baş iqtisadçı, kitabxana müdirinin iştirakı vacibdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
22/12/2018
Dekabrın 21-də AMEA-nın prezidenti, akademik Akif Əlizadə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb. Akademik A.Əlizadə qonağa rəhbərlik etdiyi elm ocağının yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. O, AMEA-da gənclərin beynəlxalq aləmə inteqrasiyası məqsədilə Avropanın qabaqcıl ali təhsil müəssisələri ilə həyata keçirilən elmi layihələrdən bəhs edib. Alim akademiyada elmin kommersiyalaşdırılması […]
20/12/2018
2019-cu ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan qəbul imtahanlarının tarixləri müəyyənləşib. Belə ki, gələn il ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da keçiriləcək. Fevralın 3-də isə magistraturaya qəbul olmaq istəyənlər üçün imtahanın I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]
20/12/2018
AMEA Riyaziyyat və Mexanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Aynurə Cəfərova elmin təbliğindəki xidmətlərinə görə AMEA prezidenti, akademik Akif Əlizadə tərəfindən təşəkkürnamə ilə təltif edilib. Təşəkkürnamə dekabrın 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin təşkilatçılığı və AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə “Elmin populyarlaşdırılmasında KİV-in […]
19/12/2018
Dekabrın 19-da AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin təşkilatçılığı və AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə “Elmin populyarlaşdırılmasında KİV-in rolu” mövzusunda “dəyirmi masa” keçirilib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil edilən tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, ölkənin aparıcı qəzetlərinin baş redaktorları, xəbər saytlarının rəsmiləri, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, fil.e.d. Vüqar […]
19/12/2018
Geologiya və Geofizika İnstitutunda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bölmələr üzrə hesabatlarının müzakirəsinə həsr olunan iclas keçirilib. Tədbirdə Fizika-Riyaziyyat və Texnika, Biologiya və Tibb, həmçinin Yer elmləri bölmələrinin hesabatları dinlənilib. İclasda Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək təqdim olunacaq hesabatlarda elmi fəaliyyətin daha geniş qabardırılmasının, […]