Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin və Katibliyinin birgə seminar-məşğələsi keçirilib

Noyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının kadrlar şöbələrinin və kargüzarlıq işi üzrə məsul işçilərinin iştirakı ilə AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin və Katibliyinin birgə seminar-məşğələsi keçirilib. Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin müdiri Rzaqulu Hacıyev akademiyanın elmi müəssisə və təşkilatlarında elmi idarəetmənin səmərəli təşkili, işçilərin işə davamiyyətinə, […]

”Simmetrik operatorların Fridrixs mənada öz-özünə qoşma genişlənməsi” mövzusunda seminar keçirilib

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” və ”Riyazi fizika tənlikləri” şöbələrinin birgə elmi seminarı keçirilib. Seminarda “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, professor Məmməd Bayramoğlu ”Simmetrik operatorların Fridrixs mənada öz-özünə qoşma genişlənməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ümumi nəzəriyyə ilə yanaşı, konkret operatorlar nümunəsində operatorun genişlənməsinə baxılıb və Fridrixs teoreminin şərtləri izah olunub. […]

E L A N

30.11.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev “Kontoroviç-Lebedev çevirməsinin doğurduğu Riss potensial operatorunun məhdudluğu” mövzusunda məruzə edəcəkdir. Məruzədə Kontoroviç-Lebedev çevirməsinin doğurduğu Riss potensial operatorunun məhdudluğu haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]

“Standart variasiya məsələlərində kafi şərtlər haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Optimal idarəetmə” şöbəsinin baş elmi işçisi f.-r.e.d., professor Telman Məlikov “Standart variasiya məsələlərində kafi şərtlər haqqında” mövzusunda məruzə edib. Məruzədə standart variasiya məsələsinə baxılıb. Yeni tədqiqat üsulu verilərək funksionalın ekstremum üçün bəzi daha konstruktiv kafi şərtlər alınmışdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən […]

“Elmi məqalənin nüfuzlu jurnalda nəşrə hazırlanması” mövzusunda tədbir keçiriləcək

Dekabr ayının 4-də saat 10:30-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyi ilə “Springer Nature” və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən “Elmi məqalənin nüfuzlu jurnalda nəşrə hazırlanması” mövzusunda birgə müəllif seminarı keçiriləcək. Seminarda elm və tədris müəssisələrinin əməkdaşları, doktorant və dissertantlar iştirak edə bilər. Ünvan: Bakı ş., H.Cavid pr.129

“Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”

Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında AR Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1262-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: […]

Faydalı linklər